Zelenskinin həyat yoldaşı ETİRAF ETDİ: Ayrı yaşayırıq
Publika.az saytına istinadən Icma.az xəbər verir.
Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya İtaliyanın "Rai" telekanalına övladlarının hazırda harada olduğunu deyib.
Publika.az xəbər verir ki, Zelenskayanın sözlərinə görə, uşaqlarının təhlükəsizliyinə görə o, bütün təfərrüatları açıqlaya bilmir. Amma qeyd edib ki, övladları Kiyevdədir.
Birinci xanım vurğulayıb ki, mütəmadi olaraq işgüzar səfərlərə, o cümlədən xarici səfərlərə getsə də, onların övladları həmişə Ukraynanın paytaxtında olurlar.
Ukrayna prezidentinin xanımı onu da bildirib ki, əri ilə ayrı yaşamağa davam etsələr də, iş sayəsində onlar bir-birləri ilə görüşüb vaxt keçirə bilirlər.
Xatırladaq ki, Zelenskilərin bir oğlu və bir qızı var.
Adəm Abbaslı

Zelenskinin xanımından etiraf: “Ayrı yaşayırıq”
26 Noyabr 2024 14:39
Zelenskinin övladları hazırda haradadır? Özü etiraf etdi
11 Yanvar 2025 16:37
Aysun həyat yoldaşı ilə ayrıldığını ETİRAF ETDİ
24 Yanvar 2025 14:59
Zelenskinin həyat yoldaşı Rusiya ilə bağlı Qərbə müraciət edib
25 Noyabr 2024 23:18
Rusiya etiraf etdi
27 Dekabr 2024 16:43

