Icma.az
close
up
RU
Zelenskinin Putindən yeganə istəyi: Ağ Evin tələbi ilə ortaya çıxarılan rus kimdir?

Zelenskinin Putindən yeganə istəyi: Ağ Evin tələbi ilə ortaya çıxarılan rus kimdir?

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün – fevralın 24-ü Rusiya-Ukrayna müharibəsinin başlamasından 3 il ötür. Bu müddət ərzində hər iki tərəf çox sayda canlı qüvvə, texnika, infrastruktur və büdcə itkisinə məruz qaldı. Zaman-zaman kiçik zəfərlər əldə edilsə də, tərəflərdən heç biri, demək olar ki, mütləq üstünlüyü əldə edə bilmədi. Moskva və Kiyev arasında müxtəlif vasitəçilik cəhdləri və sülh təşəbbüslərinə baxmayaraq, liderlərin vahid masa ətrafına gətirilməsi mümkün olmadı. 

Hazırda ABŞ və Rusiya arasında müharibənin başa çatdırılması üçün danışıqlar aparılır. Döyüşlərin davam etdiyi son 3 ildə dünyada bir çox dəyişiklik müşahidə olundu. Lakin hazırkı dövr münaqişənin ən gərgin siyasi və geopolitik periodu kimi dəyərləndirilir. Həmçinin döyüşlərin ilk zamanlarından fərqli olaraq Avropada Ukraynaya münasibət artıq əvvəlki kimi deyil.

Son üç ildə dünyada nələr dəyişdi? İddia edildiyi kimi müharibənin yaxın zamanda başa çatdırılması mümkündürmü?

Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, Ukrayna Prezidenti Volodimir Zelenski hələ müharibə başlamamışdan 5 gün öncə, 2022-ci il fevralın 19-da Rusiya Prezidenti Vladimir Putinə görüşməyi təklif etdi:

“Putin bu istəyə məhəl qoymadı və 24 fevral 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladı. Zelenski 2022-ci ilin martında Putini “istənilən formatda” birbaşa danışıqlara çağırıb və Ukraynanın NATO-ya daxil olması məsələsində güzəştə getməyi təklif edib. Moskva isə Kiyevin tam təslim olmasını və demilitarizasiyasını tələb edirdi.

Ukrayna ərazilərinin 20 faizi işğal altındadır. ABŞ Müharibə Tədqiqatlar İnstitutunun hesablamalarına əsasən, Rusiyanın Ukrayna ərazilərində mövcud irəliləyiş sürəti bu ölkənin qalan 80 faizini ələ keçirmək üçün 83 ildən çox vaxt tələb edir. Ehtimal ki, həmin hesablama, Rusiya qüvvələrinin cəbhə xəttində irəliləmə sürətinin son üç ayda əhəmiyyətli dərəcədə azalması ilə bağlı hesablamaya istinad edir.

Avropa İttifaqı üzvləri və qurumun təsisatları, həmçinin Norveç və Böyük Britaniya Ukraynaya birbaşa yardımın məcmu ayırmalarına görə ABŞ-ı geridə qoyub. Belə ki:

– Avropa Ukraynaya cəmi 166 milyard dollar məcmu yardım ayırıb və 2030-cu ilə qədər əlavə olaraq 34,7 milyard dollar da veriləcəyini vəd edib;

– Avropa Kiyev üçün ümumilikdə təqribən 204,1 milyard dollar təmin edib və öhdəlik götürüb. Bu rəqəmlərə Aİ və G7-nin Ukraynaya dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına maliyyələşdirilən kreditlərin verilməsi üzrə öhdəlikləri daxil deyil,

– Avropanın Ukraynaya verdiyi kreditlər dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlə təmin edilir.

Bununla belə, ABŞ-ın Ukraynaya hərbi yardım kampaniyası daha səmərəlidir, çünki:

– Avropa İttifaqı ilə ABŞ arasındakı müqayisədə Şərqi Avropada yerləşdirilən ABŞ qüvvələrinin xərcləri nəzərə alınmır,

– Ukrayna məhz ABŞ istehsalı silahlarla Rusiyanın cəbhə xəttini əhəmiyyətli olmasa da, dəyişdirməyə nail oldu və bu, Kiyev üçün taktiki çəkindirmə faktına çevrildi,

– Birləşmiş Ştatların Ukrayna üçün ayırdığı vəsaitlərin əksəriyyəti daxili müdafiə sənayesi bazasını maliyyələşdirməyə yönəlib”.

Analitik bildirib ki, Rusiya ilə ABŞ arasındakı sövdələşmə üçün elan edilmiş qarşılıqlı niyyət bəzi kartları açır:

“Ortada isə daha çox iqtsiadi-ticari və qarşılıqlı investisiya imkanları ilə əməkdaşlıq modelinin müzakirə predmetinə gətirildiyini görmək olur. ABŞ ilə Rusiya bu məsələdə bir-birlərinə müəyyən formada güzəşt sahəsi tanıyırlar. ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff 2022-ci ilin əvvəlində İstanbul protokollarına istinad edərək, Rusiya və Ukrayna arasında fevralın 23-də danışıqların olmasını təklif etdi. Əgər Kiyev həmin protokollara əsaslanan razılaşmanı təsdiqləsə, bu, Ukraynanın təslimiyyət sənədini tanıması olacaq. Məsələ ilə bağlı fokuslanılacaq başqa bir məqam odur ki, ABŞ-ın Yaxın Şərq üzrə nümayəndəsi Səudiyyə Ərəbistanında keçirilən görüşün əsas iştirakçılarından biri idi. Ehtimal ki, Rusiya Yaxın Şərqdə ABŞ-a güzəşt sahəsi tanımağa hazır olmağın müqabilində Vaşinqtonu Ukrayna məsələsindən əlini çəkməyin faydalarına inandırır.


Aqşin Kərimov

Rusiya Prezidenti Vladimir Putinin Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) baş direktoru Kirill Dmitriyevi Prezidentin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi təyin etməsi də diqqət çəkir. Nəzərə alaq ki, Dmitriyev fevralın 17-də Səudiyyə Ərəbistanında ABŞ rəsmiləri ilə görüşən Rusiya nümayəndə heyətinin tərkibində olub. O, ABŞ-ın Standford və Harvard universitetlərində təhsil alıb və Amerika şirkətlərində işləyib. Bu isə Moskvanın Vaşinqtonu “anlayacaq” birini təyin etməsi ilə bağlı Ağ Evin tələblərinə cavab olaraq ortaya çıxmış bir təyinatdır”.

A.Kərimovun sözlərinə görə, Ukraynadakı müharibə Rusiya haqqında formalaşmış mifləri dağıtdı, Kremlin üzləşdiyi kəşfiyyat və təhlükəsizlik çətinliklərinin düşünüldüyündən daha dərin olduğunu meydana çıxardı:

“Prosesdə ən böyük hadisə Ukraynanın Kursk regionuna hərbi müdaxiləsi oldu. Lakin bu, cəsarətli plan olsa da, taktiki və strateji baxımdan səmərəsiz idi. Çünki Kurskdakı hərbi əməliyyatlar nə Rusiya qoşunlarının irəliləyişinin qarşısını ala bildi, nə də ABŞ Ukraynanın bundan sonrakı qələbə planına inam bəslədi.

Eyni zamanda Ukraynadakı müharibə Transatlantik fırtınaları da qızışdırdı. İndi bunun daha aşkar əlamətləri ABŞ ilə Avropa İttifaqı, ümumilikdə NATO daxilindəki fikir ayrılıqlarının dərinləşməsi faktı ilə görünür. Donald Tramp və Putin hakimiyyəti hazırkı durumu ABŞ ilə Rusiyanın maraqlarının nəzərə alınmasını təmin etməklə rasionallaşdırmağa çalışırlar. Bunun üçün Kremllə Ağ Ev Ukrayna müharibəsinin həllinə görə “sülh üsulları” axtarır, Tramp da İkinci Dünya müharibəsindən bu yana formalaşmış Transatlantik normaları hədəfə alır. Rusiyanın isə hələlik sensasion dönüş etdiyi görünmür, hərçənd ki, böyük ölçüdə Moskva Vaşinqtona Arktika regionu və Hind-Sakit Okeanı regionunda “azad hərəkət” imkanları tanıya bilər.

Bütün bunlar baş verərkən Çinin Rusiya və Ukrayna arasında atəşkəsin bir hissəsi olaraq öz əsgərlərini sülhməramlı rolda yerləşdirmək fürsəti əldə etmək üçün münasib şərait axtardığı fikri yaranır. Bu, Pekinin Avropada formalaşan təhlükəsizlik boşluqlarına sızmasına görünməmiş şərait yarada bilər. Qısası, hələlik, konseptual şəkildə beynəlxalq sistem üzrə mümkün Rusiya-ABŞ-Çin bölgüsün belə təsvir etmək mümkündür”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Fevral 2025 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri