Zelenskinin sülh üçün əsas tələbi BUDUR
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya-Ukrayna münaqişəsinin nizamlanması prosesi atəşkəs rejiminin tətbiqi ilə başlamalıdır.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski öz Teleqram kanalında Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığının nəticələrini şərh edərkən bildirib.
"Bu müharibənin sonu qeyd-şərtsiz atəşkəslə, tələb olunan sükutla başlamalıdır", - o yazıb.
Ukrayna liderinin sözlərinə görə, bu mövqeyi hamı anlayır və dəstəkləyir.
O, həmçinin qeyd edib ki, Hindistan tərəfi atəşi dayandırmaq üçün lazım olan səyləri göstərməyə hazırdır. Siyasətçinin sözlərinə görə, Yeni Dehli avqustun 31-də və sentyabrın 1-də Çinin Tianjin şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşlər zamanı Rusiyaya və digər ölkələrin liderlərinə "siqnal" verəcək.
"Şəhərlərimiz daim atəş altında olanda sülhdən mənalı danışmaq mümkün deyil" - o vurğulayıb.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 31 Avqust 2025 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















