Zelenskinin taleyi ilə bağlı bədbin proqnoz
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Ukrayna Prezidenti Volodimir Zelenskinin siyasi arenadan uzaqlaşdırılmasının qaçılmaz olduğu iddia edilir.
Globalinfo.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Artem Dmitriytruk ABŞ Prezidenti Donald Trampın Davosda səsləndirdiyi fikirləri şərh edərkən bildirib.
Dmitriytruk Teleqram kanalında yazıb ki, Zelenski “tətikləyici fiqur” kimi istifadə olunur və onun taleyi artıq çoxdan həll edilməli idi. Deputatın sözlərinə görə, Ukrayna lideri gələcəkdə Trampın güclü siyasi təzyiqi və mümkün məhkəmə prosesi ilə üzləşə bilər.
“Bu proses istədiyimiz qədər tez baş verməyə bilər, lakin hesab edirəm ki, bu, qaçılmazdır”, – deyə Dmitriytruk vurğulayıb.
Bundan əvvəl “Politico” qəzeti mənbələrə istinadən yazıb ki, Zelenski Davos İqtisadi Forumu çərçivəsində Donald Trampla şəxsi görüş keçirməyə çalışsa da, Ağ Ev bu görüşdə maraqlı olmayıb.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 21 Yanvar 2026 22:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















