Icma.az
close
up
RU
Zelenskinin Türkiyə ilə bağlı tarixi səhvi: Qaydalar dəyişdi, ümid Ankarayadır

Zelenskinin Türkiyə ilə bağlı tarixi səhvi: Qaydalar dəyişdi, ümid Ankarayadır

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son bir neçə gündə dünya siyasətində müşahidə olunanlar diqqət çəkir. ABŞ və Rusiya rəsmilərinin Səudiyyə Ərəbistanında bir araya gələrək Ukraynadakı müharibə ilə bağlı müzakirə aparmaları beynəlxalq siyasi aləmdə böyük maraqla qarşılandı. Həmçinin Avropa liderləri də bir neçə gün əvvəl Parisdə toplanaraq Kiyevə dəstək məsələsini, o cümlədən müharibənin gedişatını müzakirə etdilər. Bu görüş liderlər arasında ciddi fikir ayrılığı səbəbindən birgə bəyanat olmadan yekunlaşıb. 

Bütün bunların fonunda Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfəri isə xüsusi müzakirələrə səbəb oldu. Səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələr üzrə bir sıra sənədlər imzalanıb. Zelenski Prezident Rəcəb Tayyib Ərdoğanla Kiyev-Ankara münasibətləri və beynəlxalq siyasi gündəm haqqında fikir mübadiləsi aparıb.

Qeyd olunan üç mühüm görüşü bir-birinə hansı məqamlar bağlayır? 

Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, Rusiya-Ukrayna müharibəsi ziddiyyətli maraqların meydana çıxdığı bir platformaya çevrilib:

“İlk mərhələdə kollektiv Qərbin Rusiyaya qarşı həmrəylik nümayiş etdirdiyi cəbhədə parçalanma ilə bağlı mesajlar uzun müddətdir ki, eşidilməyə başlanmışdı. ABŞ-da Prezident Donald Trampın hakimiyyətə gəlməsi isə bu mesajların real addımlarla müşayiət edilməsini sürətləndirdi. Belə olan halda bir haqlı sual ortaya çıxır: Ukraynanın taleyinin həll edildiyi masalarda həqiqətən əsas hədəflər nədir?

Tramp Rusiya ilə birbaşa danışıqlara başlamaqla Ukraynasız və Avropasız həll təklif edərək oyunun qaydalarında ciddi dəyişikliklər etdiyini göstərmiş oldu. Onun nəzərində rəsmi Kiyev Amerikanın təhlükəsizlik çətirini qəbul edərək atəşkəs şərtləri ilə razılaşmalıdır. Bu şərtlər isə Ukrayna üçün suverenliyin itirilməsinin qeyri-rəsmi bəyanı ola bilər.


Aytən Qurbanova

Görünən odur ki, Zelenski sona qədər mübarizə aparmağın mümkünsüz olduğunu artıq qəbullanıb, amma ABŞ-ın “təhlükəsizlik zəmanətinə” etibar etmir. Ona görə də, müharibənin ilk mərhələsində etdiyi səhvi düzəldərək Türkiyənin vasitəçiliyi və himayədarlığı ilə şərtlərin yenidən formalaşdırılmasına cəhd göstərir.

Avropa üçün isə bu iki masanın heç biri arzuolunan olmamaqla yanaşı, qoca qitənin yeni dünya nizamında məğlub tərəf kimi təmsil olunmağı kimi ifadə edilə bilər. Ona görə də atəşkəslə bağlı qismən razılığın əldə edilmə ehtimalı real olsa da, qarşıdurmanın hələ uzun müddət davam edəcəyini düşünürəm”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Fevral 2025 21:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see293

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see165

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see164

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see145

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see143

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see140

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see137

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see136

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see135

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see131

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see131

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see128

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see128

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri