“Zelenskinin Türkiyə səfərinin müharibənin həllinə müsbət impuls verəcəyi ehtimalı azdır“
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski sabah Türkiyədə bir sıra görüşlər keçirərək Rusiya ilə danışıqların aktivləşdirilməsinə hazırlıq aparacaq.
Ukrayna liderinin qardaş ölkəyə səfərini Redaktor.az-a şərh edən politoloq Əli Orucov bildirdi ki, Zelenski Türkiyəyə danışıqları intensivləşdirməyə hazırlaşmaq, tərəfdaşlarına təqdim edəcəyi həll yollarını və əsirlərin, girovların mübadiləsini müzakirə etmək üçün gedir:
"Ukrayna nümayəndə heyəti də prezidentlə birlikdə görüşlərdə iştirak edəcək. Prezident Putinin mətbuat katibi Peskovun açıqlamasına görə, Rusiya Türkiyədə keçiriləcək danışıqlarda və görüşlərdə iştirak etməyəcək. Bununla belə, Moskvanın müharibənin nizamlanması üçün dialoqa açıq olduğu vurğulanır. Hazırkı reallıqları və Kremlin mövqeyinin dəyişmədiyini nəzərə alsaq, bu səfərin də Ukrayna-Rusiya müharibəsinin həllinə müsbət impuls verəcəyi ehtimalı azdır. Rusiya dialoqa hazır olduğunu bildirsə də, əvvəlki tələblərindən geri çəkilib-çəkilməməsi ilə bağlı fikirlər qeyri-müəyyəndir".
Müsahibimiz əlavə etdi ki, Ağ Evin Rusiyaya münasibətinin sərtləşməsi, tətbiq edilən yeni sanksiyalar və beynəlxalq vəziyyət Kremlin imkanlarını xeyli məhdudlaşdırıb:
"Bu amil müəyyən çəkindirici faktor kimi çıxış etsə də, müharibənin gedişində hələ də ciddi təsiri hiss edilmir. Hesab edirəm ki, növbəti təmaslarda Moskva ilə Kiyev arasında bəzi humanitar məsələlərin həlli mümkündür. Əsirlərin, girovların və yaralıların mübadiləsi baş tuta bilər. Vacib məqamlardan biri də qarşılıqlı şəkildə enerji sahələrinin, mülki obyektlərin və infrastrukturun hədəf alınmaması barədə razılaşmaların gündəmə gətirilməsidir. Çünki bu hücumlarda ən çox ziyanı mülki əhali çəkir. Türkiyə müharibə başlayandan hər iki tərəflə aktiv iş aparır və bir sıra hallarda diplomatik təşəbbüsləri nəticə verib. Ümid edək ki, Ankara bu dəfə də prosesdə açar rolunu oynaya biləcək".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 18 Noyabr 2025 21:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















