Zelenskinin verdiyi cavab rüsvayçılıqdır Orban
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Macarıstanın Baş naziri Viktor Orban Kiyev rejiminin lideri Volodimir Zelenskinin Drujba boru kəməri ilə Rusiya neftinin tranzitini bərpa etmək çağırışlarına verdiyi cavabı rüsvayçılıq adlandırıb.
"Ölkə.az" xəbər verir ki, Orban bildirib ki, “Zelenski zənglərimizə kinayəli cavab verdi.
O, Macarıstanı təmin edən neft kəmərini bağlayarkən Ukraynaya minnətdar olmağımızı istəyir.
Daha əvvəl Zelenski Budapeşt və Bratislavadan gələn müraciətlərə cavab olaraq qeyd etmişdi ki, nə Orban, nə də Slovakiyanın Baş naziri Robert Fitso heç vaxt Ukraynaya minnətdarlıq bildirməyiblər.
Orban vurğulayıb ki, Ukrayna prezidentinin sözlərindən görünür ki, Kiyev boru kəmərinin fəaliyyətini bərpa etmək niyyətində deyil, baxmayaraq ki, Ukrayna Avropa Birliyi ilə müqavilələrə əsasən bunu etməyə borcludur.
Fevralın 27-də Slovakiyanın Baş naziri Robert Fitso Zelenskinin Drujba neft kəmərinin texniki vəziyyətini yoxlamaq üçün onun təklifini rədd etdiyini açıqlayıb.
Elvin
Ölkə.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:189
Bu xəbər 04 Mart 2026 01:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















