Zelenskiy Ukrayna üçün hava hücumundan müdafiə dəstəyi istəyib
Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenskiy ölkəsinə hava hücumundan müdafiə sistemləri ilə bağlı əlavə dəstəyə ehtiyac olduğunu bəyan edib.
BAKU.WS xəbər verir ki, Zelenskiy sosial şəbəkə hesabında paylaşdığı açıqlamada yanvar ayında Rusiyanın Ukraynaya qarşı hava hücumlarının intensivləşdiyini bildirib. Onun sözlərinə görə, Rusiya ordusu əsasən enerji sektoru, dəmir yolu infrastrukturu və mülki yaşayış məntəqələrini hədəf alıb.
Prezident qeyd edib ki, təkcə yanvar ayında Ukraynaya qarşı 6 mindən çox pilotsuz uçuş aparatı, təxminən 5 500 idarə olunan bomba və 158 raketdən istifadə olunub. Son bir həftə ərzində isə 980-dən çox PUA, 1 100-ə yaxın idarə olunan bomba və iki raketlə hücum həyata keçirilib.
Zelenskiy Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsinin vacibliyini vurğulayaraq, bu ehtiyacı anlayan və dəstək göstərən tərəfdaş ölkələrə təşəkkür edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 01 Fevral 2026 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















