Icma.az
close
up
RU
Zelenskiyə ikinci zərbə: Bakı ilə bağlı taktika Kiyev üçün işə düşdü

Zelenskiyə ikinci zərbə: Bakı ilə bağlı taktika Kiyev üçün işə düşdü

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-dan sonra Böyük Britaniyaya səfəri diqqət çəkdi. Onun səfər çərçivəsində Londonda Ukrayna üzrə Avropa Zirvə Toplantısında iştirakı, liderlərlə müzakirələri və jurnalistlərə açıqlamaları maraqla qarşılandı.

Bu toplantı beynəlxalq siyasi dairələrdə Ağ Evdəki gərginlikdən sonra Böyük Britaniya və ümumilikdə Avropanın Kiyevin müdafiəsinə qalması kimi dəyərləndirilir. Həmçinin ABŞ Prezidenti Donald Trampın bəyanatlarının Avropanın təhlükəsizliyini özünün təmin etməsi üçün açıq siqnal olduğu bildirilir.

Bəzi ekspertlərin fikrincə, Vaşinqtonun prosesdən uzaqlaşması fonunda Avropa liderləri Ukraynanın müdafiəsi üçün daha güclü şəkildə meydana çıxmağa çalışacaqlar.

Gözlənilən sülh danışıqları hansı şərtlər altında və necə baş tuta bilər? Sonrakı proseslərdə Ukraynanı nə gözləyir?

Globalinfo.az-a danışan siyasi şərhçi Müttəlim Rəhimov deyib ki, Zelenskinin Donald Trampla görüşdəki davranışları bütün deyilənlərə rəğmən bir siyasətçiyə xas hərəkətlər deyildi:

“Azərbaycan xalqına belə davranışlar yaxşı tanışdır. Meydan qəhrəmanlıqları ilə siyasi və diplomatik yanaşmalar tamamilə fərqlidir. Zelenski ABŞ-dan sonra Almaniya, yaxud Fransaya getsəydi, bu, onun öz hərəkətlərini doğru hesab etməsi mənasına gələrdi. Lakin o, ABŞ-dən birbaşa bu ölkənin müttəfiqi olan Böyük Britaniyaya səfər etdi. Dünya siyasətində ABŞ ilə Britaniya həmişə eyni mövqedən çıxış edib. Onlar eyni monetin iki üzüdürlər.

Təbii ki, Britaniyanın baş naziri bu ərəfədə, hətta Trampdan da çox aktyorluq sərgiləməli, Zelenskini guya müdafiə etdiyini göstərməlidir. Hesab edirəm ki, dünən Londonda Ukrayna ilə bağlı keçirilən Avropa ölkələrinin bəzilərinin liderlərinin qatıldığı zirvə görüşündə də Zelenskiyə yalançı vədlər verildi. ABŞ və Avropa ölkələri özlərini demokratiyanın, azadlığın, dövlətlərin ərazi bütövlüyünün təminatçısı kimi göstərməyə çalışırlar. Əslində isə onların hər zaman siyasi və iqtisadi maraqları daha öndə olub”.

Ekspertin sözlərinə görə, Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonrakı müddət ərzində, bu günə kimi biz həmin mövqe ilə qarşılaşmışıq:

“Onların ikili oyunları bizə yaxından tanışdır, sadəcə olaraq çox yaxşı maskalana bilirlər. Böyük Britaniyanın Baş naziri Kir Starmer görüşdən sonrakı açıqlamasında aldıqları qərarı ABŞ ilə məsləhətləşəcəklərini bildirdi. Yəni Vaşintonun icazəsi olmadan Kiyevə hər hansı dəstək göstərilməyəcək. Onsuz da Qərbin yardımları müharibəni qələbəyə daşımaq üçün yetərli deyildi. Hətta Ukrayna ordusu cəbhədə təşəbbüsü ələ aldığı zamanlarda onlara s*lah-s*rsat dəstəyində fasilə yaranırdı. Bu, təsadüfi sayıla bilməz.

Emosiyaları bir kənara qoyub, soyuq başla düşünmək lazımdır və bu zaman aydın olur ki, Qərb Kiyevi oyuna salıb. Onun bu oyundan qələbə ilə çıxması çox çətindir. Zənnimcə, Britaniya və Avropa İttifaqı (Aİ) Ukraynanı məğlubiyyətdən qurtarmaq üçün deyil, imzalanması planlaşdırılan atəşkəs müqaviləsindən sonra alacaqları pay barədə düşünürlər. Bu arada onlar prosesi yumşaltmaq üçün cəhdlər edəcək, vədlər verəcəklər. Bütün bunlar ictimai rəyə hesablanmış addımlar olacaq. Praktiki addımlara gəldikdə isə biz bunun o qədər də həvəslə və tam yerinə yetirildiyini müşahidə etməyə bilərik”.

M.Rəhimov bildirib ki, prinsipcə, Londonda qəbul edilən 4 bəndlik qərarda da yeni bir şey yox idi:

“Hamısı indiyədək deyilənlərin təkrarıdır. Üstəlik, pis olan tərəfi budur ki, İngiltərə 2 milyard dolları Ukraynaya kredit kimi verəcək. Lakin bu günə kimi bütün köməkliklər əvəzi ödənilməyəcək şəkildə edilirdi. Bundan başqa, Aİ döyüş əməliyyatlarını dayandırmaq planını ABŞ-a təqdim edərək onunla razılaşdıracaq. Yəni, ittifaq Kiyevin deyil, Vaşinqtonun hegemon nüfuzunu qoruyacaq addımlar atacaq. Aİ-nin Ukrayna ilə bağlı qərarı gələcəkdə Volodimir Zelenskiyə yaxşı heç nə vəd etmir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://news24.az
archiveBu xəbər 03 Mart 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri