Zelenskiyə sui qəsd hazırlayıb: Polşada Rusiya agenti ittiham olunur
Icma.az, Oxumeni.az portalına istinadən məlumatı açıqlayır.
Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı sui-qəsdin hazırlanmasında əli ola biləcək şəxs Polşada mühakimə olunacaq. Bu barədə Polşa prokurorluğunun bəyanatında deyilir.
Şübhəli Pavel K. 2024-cü ilin aprelində Polşa və Ukrayna prokurorlarının əməkdaşlığı nəticəsində həbs edilib. İndi onu 8 ilə qədər həbs gözləyir.
Polşa prokurorları iddia edir ki, şübhəli şəxs Rusiya hərbi kəşfiyyatının maraqlarına uyğun hərəkət etməyə hazır olduğunu bəyan edib və Ukraynaya qarşı müharibədə bilavasitə iştirak etmiş ruslarla əlaqə yaradıb.
“Bu fəaliyyət, xüsusilə, Ukrayna prezidenti Vladimir Zelenskinin həyatına mümkün sui-qəsdin planlaşdırılmasında Rusiya kəşfiyyat xidmətlərinə kömək etmək məqsədi daşıyırdı”, - prokurorluğun bəyanatında deyilir.
Prokurorların fikrincə, Pavel K.-nin işi çox güman ki, Polşanın cənub-şərqindəki Rzeszow-Jasionka hava limanında təhlükəsizlik məlumatlarını toplamaq və təmin etməkdən ibarət idi.
Belə bir hava limanı Ukraynaya hərbi və humanitar yardımların çatdırılması üçün əsas logistika mərkəzidir.
Əziz Mustafa , Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 21 May 2025 08:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















