Zelenskiyə sui qəsd müharibənin bitməsi deyil ŞƏRH
Gununsesi saytına istinadən Icma.az xəbər verir.
“Ukrayna prezidenti V. Zelenskiyə sui-qəsd təşkil olunub. Moldovadan havaya qalxan prezident təyyarəsini PUA hədəfində olub.
Zelenskinin fiziki olaraq aradan götürülməsi müharibənin bitməsi deyil”.
Gununsesi.info bildirir ki, bu fikirləri siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib:
“Ümumiyyətlə, bu müharibə V. Zelenskiyə miras qalıb. Müharibəni V. Zelenski başlamayıb ki, onu aradan götürülməsi müharibənin bitməsi ilə nəticələnməsi polimikadi.
Ukrayna prezidentinə sui-qəsdin təşkil edilməsi nəzərləri Moskvaya yönəldir.
Ümumiyyətlə, Ukrayna -Rusiya müharibəsi Avropa -Rusiya müharibəsi mərhələsinə keçib. Ona görə də burada həlledici qərarlar Kiyev və Vaşinqtonda verilmir. Bu müharibə London, Paris və Berlin üçbucağında qərarlaşıb. V. Zelenskinin aradan götürülməsi müharibənin bitməsi deyil, daha da aktiv fazaya keçməsi ola bilər. V. Zelenskinin özünə qarşı sui-qəsdə cavab verməsi də istisna deyil.
Rusiya Avropa ölkələrinin təhlükəsizliyini təhdid edən yanaşmalar ortada qoyub. Almaniya və digər Avropa ölkələrində partlayışlar və dron hücumları həyata keçirilir.
Qeyd edim ki, Rusiya Avropanı zəiflətmək və şərqini nəzarətə götürməyi planlaşdırır. Amma, Kremldə planlaşdırma keçmiş SSRİ vaxtından qalsa da, hər şey plan üzrə getmir.
Hazırda Rusiya ciddi böhranla üz-üzə qalıb. Rusiya prezidentinin bu müharibəni necə bitirəcəyi ilə bağlı aydın mövqeyi yoxdur. Eskalasiyanın hər gün artması müharibənin Ukraynanın sərhədlərinin aşmasına gətirib çıxara bilər. Bir sözlə, Moskva Avropaya elan edilməmiş müharibəyə başlayır”.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 10 Sentyabr 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















