Icma.az
close
up
RU
Zelim Kotsoyev finalda, Kokauri bürünc medal görüşündə uduzdu YENİLƏNDİ

Zelim Kotsoyev finalda, Kokauri bürünc medal görüşündə uduzdu YENİLƏNDİ

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Azərbaycan cüdoçusu Uşangi Kokauri Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında 3-cü yer uğrunda görüşə çıxıb.

Gununsesi.info xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində rəqib Almaniya təmsilçisi Erik Abramov olub.

Qarşılaşmadan məğlub ayrılan Kokauri 5-ci yeri tutub.

*** 

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

Teleqraf xəbər verir ki, 100 kq çəki dərəcəsində rəqib gürcüstanlı İlia Sulamanidze olub.

Vaza-ari xalı ilə məğlub olan Kotsoyev gümüş medal qazanıb.

Beləliklə, Azərbaycan millisi fərdi mübarizədə qızıl medal əldə edə bilməyib.

Bu gün 100 kq-dan yuxarı çəki dərəcəsində Uşangi Kokauri bürünc medal görüşünə çıxacaq. Onun rəqibi Almaniya təmsilçisi Erik Abramov olacaq.

Aprelin 27-də isə Azərbaycanın qarışıq komandası mübarizə aparacaq.

*** 

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

Gununsesi.info xəbər verir ki, 100 kq çəki dərəcəsində rəqib ukraynalı Anton Savitski olub.

Görüşdən qalib ayrılan Kotsoyev finala yüksəlib. Həlledici qarşılaşmada o, Paris-2024 Yay Olimpiya Oyunlarının finalında məğlub etdiyi İlia Sulamanidzeyə rəqib olub.

Avropa, dünya və olimpiya çempionu mübarizəyə 1/8 finaldan başlayıb. Kotsoyev əvvəlcə kiprli Aristos Mixaeli, 1/4 finalda latviyalı Maksim Duynovu üstələyib.

Sulamanidze isə Paris-2024 ilə yanaşı, son iki Avropa çempionatının gümüş, 2021-ci il dünya çempionatının bürünc medalçısı olub.

Qeyd edək ki, bu gün Azərbaycanın daha bir təmsilçisi Uşangi Kokauri (+100 kq) bürünc medal uğrunda mübarizə aparacaq. Əvvəlki yarış günlərində isə dörd cüdoçu – Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medallara sahib olub.

*** 

Azərbaycan cüdoçusu Uşangi Kokauri Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

Gununsesi.info xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində rəqib Beynəlxalq Cüdo Federasiyasının (IJF) bayrağı altında yarışan rusiyalı Valeri Yendovitski olub.

Görüşdən məğlub ayrılan Kokauri mübarizəni bürünc medal uğrunda davam etdirəcək. Onun rəqibi Almaniya təmsilçisi Erik Abramov olacaq.

Mübarizəyə 1/16 finaldan başlayan Kokauri yarımfinaladək ardıcıl olaraq, polşalı Patrik Bronyek, slovakiyalı Markus Fizel və türkiyəli Recep Ergindən üstün olub.

Fərdi mübarizədə Azərbaycanın sonuncu qadın cüdoçusu Nigar Süleymanova (+78) isə 1/16 final mərhələsindəcə gürcüstanlı Sofio Somxişviliyə uduzaraq, mübarizəni erkən dayandırıb. Beləliklə, qadın cüdoçuların heç biri Avropa çempionatında medal qazana bilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 26 Aprel 2025 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri