Zelim Kotsoyev: İslamiadadakı qələbəmiz yüksək əzmin və bacarağın göstəricisidir
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ər-Riyad, 11 noyabr, Elnur Salahov, AZƏRTAC
Sona qədər gərgin mübarizə apardıq və komanda yarışlarında yüksək nailiyyət qazandıq. Bu qələbəmiz yüksək əzmin və bacarığın göstəricisidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarının cüdo üzrə qarışıq komanda yarışında qızıl medal qazanan Azərbaycan millisinin üzvü Zelim Kotsoyev (100 kiloqram) jurnalistlərə açıqlamasında deyib.
İdmançı yığmanın uğurlu çıxışını dəyərləndirib: "Mən də öz üzərimə düşən məsuliyyətin öhdəsindən gəlməyə çalışdım. Fərdi yarışlarda qızıl medalı əldən verdim. Əslində bu mükafatı qazanmaq olardı. Görünür, bir az təşəbbüsü əldən verdim. Lakin, bu idmandır. İdmanda hər şeyin baş verməsi mümkündür. Əsas odur ki, cüdo millimiz VI İslam Həmrəyliyi Oyunlarının qalibidir".
Qeyd edək ki, Azərbaycanın cüdo millisi qarışıq komanda yarışının finalında Özbəkistan yığmasına 4:0 hesabı ilə qalib gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 11 Noyabr 2025 00:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















