Icma.az
close
up
RU
Zəlzələ ilə bağlı SON DƏQİQƏ xəbəri: gözlənilən PROQNOZ VERİLDİ

Zəlzələ ilə bağlı SON DƏQİQƏ xəbəri: gözlənilən PROQNOZ VERİLDİ

Icma.az bildirir, News24 portalına istinadən.

Ötən gün səhər saatlarında Azərbaycanın cənub və şimal-qərb bölgələrində zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkanlar Lerik, Yardımlı və İsmayıllı rayonlarında qeydə alınıb. Zəlzələlər episentrdə 3,7 və 4 maqnitudalı olub, bəzi ərazilərdə 3-4 bala qədər hiss edilib. Yeraltı təkanların dərinliyi 15-43 km arasında dəyişib. Hazırda rəsmi qurumlar hadisənin nəticələrini araşdırır.

Maraqlıdır, ölkəmizidə güclü zəlzələ gözlənilirmi?

Məsələ ilə bağlı seysmoloq Qulam Babayev News24.az-a açıqlamasında bildirib ki, ötən il olduğu kimi bu il də Azərbaycanda tektonik aktivlik davam edəcək:

"Nəinki Azərbaycan ərazisində, dünyanın digər seysmik ocaqlarında da aktivlik müşahidə edilir və zəlzələlər baş verir. Xüsusilə Talış seysmik zonası tektonik aktiv ərazilərdən biridir. 2024-cü il ərzində də ölkədə mütəmadi olaraq hiss olunan zəlzələlər qeydə alınırdı. Bunun həm İran ərazisində mövcud olan seysmik ocaqların təsiri, həm də Azərbaycanın özündə baş verən tektonik hərəkətlərlə əlaqəsi var. 2025-ci ildə də bu proses davam edəcək".

Seysmoloqun sözlərinə görə, Azərbaycanın yerləşdiyi geoloji zonada dağıdıcı zəlzələlərin baş vermə ehtimalı azdır. Bu, yer qabığında baş verən yerdəyişmələrin intensivliyinin yüksək olmaması ilə əlaqədardır.

"Dünyanın digər seysmik ocaqları – məsələn, Yunanıstan, Egey dənizi, Türkiyə, İran, Yaponiya, Filippin və Rusiyanın Kamçatka ərazisi ilə müqayisədə Azərbaycanda yer qabığındakı proseslər daha zəifdir. Ancaq bu, hiss olunan zəlzələlərin baş verməyəcəyi anlamına gəlmir. Əgər zəlzələ səthə yaxın – 5-10 km dərinlikdə baş verərsə, onun maqnitudası 3 - 3,5 olsa belə hiss ediləcək. Lakin daha dərin qatlarda baş verən təkanlar əhalidən yan keçə bilər".

Qulam Babayev vurğulayıb ki, seysmik aktivlik mütəmadi və davamlı prosesdir və bu il də regionda bu cür yeraltı təkanlar müşahidə olunacaq. Hazırda rəsmi qurumlar baş verən son zəlzələlərin nəticələrini araşdırır və vəziyyət nəzarətdə saxlanılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://news24.az
archiveBu xəbər 10 Mart 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see375

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see143

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri