Icma.az
close
up
RU
Zəlzələ olsa, hansı binalarımız tab gətirə bilməyəcək? Siyahı AÇIQLANDI

Zəlzələ olsa, hansı binalarımız tab gətirə bilməyəcək? Siyahı AÇIQLANDI

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Son günlərdə qonşu ölkələrdə baş verən güclü zəlzələlər Azərbaycanda çoxmərtəbəli binaların seysmik davamlılığı və yaşayış təhlükəsizliyi mövzusunu yenidən gündəmə gətirib. İnsanlarda bu binaların neçə bal gücündə zəlzələlərə tab gətirə biləcəyi, həmçinin indiki evlərin keyfiyyəti ilə bağlı narahatlıqlar artıb.

Ölkəmizdə tikinti standartları necədir və mövcud binalar zəlzələlərə qarşı nə qədər dayanıqlıdır?

Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, SSRİ dövründə layihə institutları tərəfindən hazırlanmış çoxmərtəbəli binaların layihələri 9 ballıq zəlzələlərə davamlılıq nəzərə alınmaqla hazırlanıb:

Ekspertin sözlərinə görə, müstəqillik dövründə inşa edilmiş çoxmərtəbəli binalar da konstruksiya hesabatlarında 9 ballıq zəlzələyə davamlılıq şərti əsasında tikilib:

“Bu baxımdan, ölkəmizdə həm sovet, həm də müasir dövrdə inşa olunmuş bütün çoxmərtəbəli binalar zəlzələlərə qarşı 9 ballıq davamlılıq səviyyəsi ilə layihələndirilib və tikilib”.

Elnur Azadov qeyd edib ki, Azərbaycanda tikilən bir çox binalar məhz sovet dövründə layihə institutları tərəfindən hazırlanıb və əsas yaşayış fondu məhz həmin binalardan ibarətdir:

“Kütləvi inşaat işləri İkinci dünya müharibəsindən sonra, xüsusilə 1950-ci illərdən başlayaraq Sovet hakimiyyəti dövrü dağılana qədər davam edib. 1991-ci ilə qədər müxtəlif layihə institutlarının hazırladığı doqquz mərtəbəli, beş mərtəbəli və digər tipli binalar inşa olunub. Bu layihələr arasında “Xruşov layihəsi”, “İnqilab layihəsi”, “Taşkent” və “Minsk” layihələri kimi məşhur adlar var. Hər bir layihənin öz kodu və adlandırılması mövcuddur, həmçinin layihəni hazırlayan institutun yerləşdiyi şəhərin adı ilə də tanınır”.

Həmçinin oxuyun:

Bakıda bu binalar da sökülə bilər – Dəyişiklik gözlənilir

Elnur Azadov

Müsahibimiz əlavə edib ki, Sovet dövründə binaların seysmik davamlılığı diqqətlə nəzərə alınıb və hər bir layihə ölkənin seysmik zonalarına uyğun hazırlanıb, icra olunub:

“Bu səbəbdən Sovet dövründə baş vermiş zəlzələlərə baxmayaraq, həmin binalar əsasən təhlükəsizliyini qoruyub. 1991-ci ildə müstəqillik əldə olunandan sonra ölkədə kütləvi mənzil tikintisi 2000-ci illərin əvvəllərində yenidən başlanıb. Bu dövrdə fərdi layihələr də icra olunub, lakin hamısı dövlət nəzarəti altında həyata keçirilib və istismara qəbul olunub. Hazırda ölkədə istismara qəbul olunmamış təxminən 70 bina mövcuddur. Bu binalar müəyyən tələblərə cavab vermədiyindən istifadəyə verilmir”.

E.Azadov vurğulayıb ki, 2006-cı ildən etibarən Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Agentliyi fəaliyyət göstərir və ölkədə tikilən bütün binaların inşaat prosesini yoxlayır, istismara qəbul mərhələsində iştirak edir:

“Hər hansı risk aşkar edilərsə, bina dövlət tərəfindən istifadəyə verilmir. 2012-ci ildən sonra tikinti sahəsində nəzarət mexanizmləri və standartlar daha da sərtləşdirilib”.

Müsahibimizin sözlərinə görə, 2006-cı ildən sonra inşa edilən və istismara qəbul olunan binalarda yaşayış riski demək olar ki, yoxdur:

“Hazırda yaşayış riski daha çox sovet dövründə tikilmiş və istismara qəbul olunmamış 70-ə yaxın binada mövcuddur. Ümumilikdə isə sovet dövründə tikilmiş təxminən 16 min bina var ki, onların bir qismi qismən riskli hesab edilir. Bu binalardan 1100-ü qəzalı və ya qismən qəzalı kimi qeydiyyata alınıb. Xüsusi yaradılmış komissiya tərəfindən 193 bina daha yüksək riskli sayılır və onların sökülməsi, eləcə də yenidən qurulması üçün təcili qərarların qəbul olunması gözlənilir. Hazırda həmin işlər davam etdirilir”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Avqust 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri