Icma.az
close
up
RU
Zəlzələni öncədən bilmək olar Android telefonlarda var, qurmaq lazımdır

Zəlzələni öncədən bilmək olar Android telefonlarda var, qurmaq lazımdır

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Bir neçə gündür Türkiyədə baş verən zəlzələlər yenidən insanlarda bu mövzunu gündəmə gətirib. İstanbulda 6,2 bal gücündə baş verən zəlzələdən saniyələr əvvəl bir çox "Android" telefon istifadəçisi ekranlarında "Yaxınlıqda Zəlzələ" başlıqlı bildirişlər alıb. 

Milli.Az xəbər verir ki, bu sistem istifadəçilərə zəlzələdən təxminən 5-10 saniyə əvvəl xəbərdarlıq göndərə bilir.

Bu xəbərdarlıq necə işləyir?

"Google"un təqdim etdiyi sistem "Android" əməliyyat sistemli telefonların daxilində yerləşən akselerometr sensorları vasitəsilə zəlzələ dalğalarını hiss edir. Həmin an məlumatlar toplanaraq zəlzələnin episentrini müəyyənləşdirir və yaxınlıqdakı istifadəçilərə dərhal xəbərdarlıq göndərilir. Bu texnologiya saniyələr içində işlədiyi üçün insanlara təxliyə və müdafiə üçün vacib vaxt qazandırır.

Sistem yalnız 4,5 və daha yüksək gücə malik zəlzələlərdə aktivləşir və tamamilə pulsuzdur. İstifadəçilərin bu xidmətdən yararlanması üçün telefonun internetə qoşulu olması, yer və bildiriş ayarlarının aktiv olması kifayətdir.

Apple istifadəçiləri üçün alternativ varmı?

Təəssüf ki, hazırda iOS əməliyyat sistemi üçün bu cür avtomatik və sistemə inteqrasiya olunmuş xəbərdarlıq xidməti mövcud deyil. Lakin bəzi pullu və ya pulsuz tətbiqlər istifadəçilərə zəlzələdən sonra vəziyyəti izləmək və məlumat almaq imkanı təqdim edir.

Zəlzələyə qarşı telefonunuzu necə hazırlaya bilərsiniz?

"Android" telefon istifadəçiləri aşağıdakı addımları izləyərək xəbərdarlıqları aktivləşdirə bilərlər:

Parametrlər bölməsinə keçin.

Yer (Location) bölməsini açın.

Buradan Zəlzələ Xəbərdarlıqları (Earthquake Alerts) bölməsini tapın.

Bu funksiyanın aktiv olduğundan əmin olun.

Zəlzələyə qarşı vaxtında xəbərdarlıq həyati əhəmiyyət daşıyır. Buna görə də smartfon istifadəçilərinə tövsiyə olunur ki, bu funksiyaları yoxlasın və ehtiyac olduqda uyğun tətbiqlərlə cihazlarını təchiz etsinlər.

Fidan
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:243
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 25 Aprel 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see275

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see266

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see258

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see252

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see251

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see247

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see240

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see239

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see238

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see228

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see212

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see209

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see209

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see207

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see207

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see206

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see202

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see198

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see196

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri