Icma.az
close
up
RU
Zemfira Məhərrəmlinin 70 illik yubileyi qeyd edilib

Zemfira Məhərrəmlinin 70 illik yubileyi qeyd edilib

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Mətbuat Şurasında əməkdar jurnalist, yazıçı-publisist Zemfira Məhərrəmlinin 70 illik yubileyinə həsr olunmuş toplantı keçirilib. Tədbir eyni zamanda yubilyarın yeni çapdan çıxmış “Arabadakı adam” roman və pyeslər toplusunun və 70 illiyi ilə bağlı “Qələm sirdaşım oldu” kitabının təqdimatı kimi yadda qalıb. Əvvəlcə isə tanınmış qələm sahibinin həyat yolunun ayrı-ayrı məqamlarının əksini tapdığı qısa video-çarx nümayiş etdirilib. 

Toplantını giriş sözü ilə MŞ sədri Rəşad Məcid açaraq bildirib ki, mənalı ömür yolunu jurnalistikaya, ümumilikdə söz sənətinə bağlamış dəyərli həmkarın əlamətdar gününün işığına toplaşmaq sevindiricidir. Şura sədri Z.Məhərrəmlinin BDU-nun jurnalistika fakültəsini bitirdikdən sonra 1978-ci ildə ustad Nəsir İmanquliyevin dəvəti ilə “Bakı” və “Baku” qəzetlərində müxbir kimi əmək fəaliyyətinə başladığını, 1990-2003-cü illərdə həmin nəşrin Elm, təhsil və mədəniyyət şöbəsinin müdiri vəzifəsini tutduğunu deyib. R.Məcid yubilyarın, həmçinin, 2003-2015-ci illərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr sektorunun müdiri, Mətbuat Xidmətinin rəhbəri kimi yüksək peşəkarlıqla çalışdığını xatırladıb. 

R.Məcid mədəniyyət, elm, təhsil mövzusunda, habelə mənəvi problemlərə dair çoxsaylı publisistik yazıların, hərbi mövzudakı materiallarının müəllifə populyarlıq qazandırdığını bildirib. O materiallar ki, cəbhə bölgəsinə, “qaynar” nöqtələrə müntəzəm səfərlərin, fədakar əməyin nəticəsində ərsəyə gəlirdi. Həmin dövrdə Z.Məhərrəmli I Qarabağ müharibəsinin dəhşətlərini, cəbhədəki övladlarımızın rəşadətini əks etdirən silsilə reportajlar hazırlayırdı ki, bu fəaliyyət sonradan onun bədii-publisistik yaradıcılığına da böyük təsir göstərdi. Qələm sahibi “Döyüşə qızlar gedir” (1997), “Karabağda savaş var” (İstanbul, “Turan” yayın evi, 1999), “Ötür durna qatarı” (2000), “Qırx qız dastanı” (2003) kitablarını yazdı.

Qeyd edək ki, Z.Məhərrəmlinin əsərləri rus, ingilis, belarus, türk və fars dillərində də işıq üzü görüb. Bu baxımdan “Garabagh war witnessed by women” (“Qarabağ müharibəsi qadınların şahidliyi ilə”, 2005) və Sankt-Peterburqda çapdan çıxmış “Карабахская война: сражались и женщины” (2005) kitablarını vurğulamaq olar. Bütün bunlara görə müəllifin əməyi Beynəlxalq Avrasiya Mətbuat Fondunun “Qarabağ” Ali Mükafatı ilə qiymətləndirilib. 

R.Məcid onu da bildirib ki, pedaqogika üzrə fəlsəfə doktoru Z.Məhərrəmliyə Həsən bəy Zərdabi (1997),  “Qızıl qələm” (1998) media mükafatları və “Araz” Ali ədəbi mükafatı (2001) təqdim olunub, Beynəlxalq Rəsul Rza və Şahmar Əkbərzadə mükafatlarının laureatı olub, həmçinin Beynəlxalq Mahmud Kaşğari mükafatına layiq görülüb. Z.Məhərrəmli ölkə Prezidentinin Sərəncamları ilə “Tərəqqi” medalı (2010) və “Əməkdar jurnalist” fəxri adı (2021) ilə də təltif  edilib. 

MŞ sədri Z.Məhərrəmlinin müxtəlif illərdə “Bir ömürdə üç həyat” (2007), “Ömür bitər, yol bitməz...” (2015), povest, hekayə, şeirlər və esselərindən seçmələrin toplandığı “Oyuncaq” (2015), habelə “Sonbaharın Ilgımları” («Payız ilğımları») (2017), “Analıq haqqı” (2018), “Qarabağ müharibəsi: zərif talelər” (Bakı, 2018)  kitablarının çapdan çıxdığını diqqətə çatdırıb və bildirib ki, yazıçı-publisistin “Bədii düşüncədə Qarabağ” əsəri Birinci Qarabağ müharibəsinin başlanğıcından 44 günlük Vətən müharibəsinədək olan dövrü əhatə edir. Onun “Zafer yolcuları” (İstanbul 2023) kitabında isə möhtəşəm Qələbəmizdən söz açılıb. 

Bundan başqa, yubilyar 1990-1992-ci illərdə Azərbaycan televiziyasında yayımlanmış populyar “Ana sözü” qadınlar üçün ictimai-siyasi proqramın ssenari müəllifi və aparıcısı olub. O, “Aranfilm”in istehsalı olan “Döyüşə qızlar gedir” (2019) filminin ideya və ssenari müəllifidir. “Çox kiçikdir bu dünya” (Bakı,2024), roman və pyeslərinin yer aldığı “Arabadakı adam” (Bakı,2025) kitabları da oxucular tərəfindən rəğbətlə qarşılanıb, “Ümid işığı” pyesi əsasında Şuşa Dövlət Musiqili Dram Teatrında səhnələşdirilmiş eyniadlı tamaşa sənət çevrələrində böyük rezonans doğurub. 

R.Məcid Z.Məhərrəmlinin Mətbuat Şurasının diplomu ilə təltif edildiyini bildirib və diplomu ona təqdim edib. Toplantıda Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin eksperti Əkbər Qoşalı Z.Məhərrəmliyə komitə sədri Fazil Mustafanın təbrik məktubunu da təqdim edib.

MŞ İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli çıxışında yubilyarı həyat yoldaşı və əsl jurnalist kimi xarakterizə edən cəhətlərə diqqət çəkib, onun hər zaman məsuliyyəti ilə seçildiyini vurğulayıb. 

Çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvü, “Xalq qəzeti”nin baş reaktoru Əflatun Amaşov, “Yada düşdü” jurnalının baş redaktoru Nəzakət Məmmədli, şair-publisist və yazıçı Vaqif Bəhmənli, veteran jurnalist Ənvər Məşədiyev, MŞ İdarə Heyətinin üzvü Yadigar Məmmədli, Şuranın Ahıl Jurnalistlər Məclisinin sədr müavini, əməkdar jurnalist Əminə Yusifqızı, yazıçı-publisist Şərəf Cəlilli, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həzi, şair və yazıçı Şövkət Zərrin Horovlu, şair-publisist Mahcamal Babayeva, BDU-nun kafedra müdiri Əsmər Əliyeva, əməkdar jurnalistlər İttifaq Mirzəbəyli, Şəmsiyyə Kərimova və Əntiqə Qonaq, veteran jurnalistlər Zöhrə Əliyeva və Sevda Əlibəyli, şair-publisist Giya Paçxataşvili, yazıçı-dramaturq Aysel Fikrət, şair-yaçısı Xanım Aydın, pedaqogika üzrə fəlsəfə doktoru Əminə Qədimova, jurnalist Şahanə Müşfiq və başqarı Z.Məhərrəmlinin jurnalistikanın təəssübünü çəkən istedadlı və prinsipial qələm sahibi, qayğıkeş həmkar, həssas duyumlu yazıçı və publisist, əsl vətənpərvər olaraq gördüklərini bildirib, bütün bu keyfiyyətlərin ona ziyalı obrazı qazandırdığını dilə gətirib, xatirələrini bölüşüb, təbriklərini çatdırıblar. 

Sonda çıxış edən Z.Məhərrəmli şəxsinə ünvanlanmış xoş sözlərin onu yaradıcılığa daha da ruhlandırdığını vurğulayıb, toplantı iştirakçılarına təşəkkürünü bildirib.  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Noyabr 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri