Zəncan əyalətinin Tarım şəhərində çox sayda şəxs həbs edilib
Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Zəncan əyalətinin Tarım şəhərindən olan bir sıra azərbaycanlı 2026-cü ilin yanvar və fevral aylarında təhlükəsizlik orqanları tərəfindən həbs edilib və onların çoxu hələ də həbsdədir.
Gunaz.tv
Tarımdan olan təqaüdə çıxmış müəllimlər Cavad Səfəri və Fatimə Səfəri 24 yanvardann bəri heç bir səbəb və ya məhkəmə qərarı təqdim etmədən həbs olunaraq Zəncan həbsxanasına köçürülüblər.
19 gün keçməsinə baxmayaraq ailələri hələ də ittihamlar, saxlanıldıqları yer və iki vətəndaşın fiziki və hüquqi statusu barədə dəqiq cavab ala bilməyiblər.
Məlumatlar göstərir ki, saxlanılanların faktiki sayı elan ediləndən çoxdur və bəzilərinin statusu hələ də sirr olaraq qalır. Həbs olunanlar arasında Seyid Xəlil Musəvi, həyat yoldaşı və qardaşı Seyid Sədrəddin Musəvi də var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 11 Fevral 2026 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















