Icma.az
close
up
RU
“Zəng edib dedilər ki...” Hökumə Əliyevanın atası dələduzluq hadisəsindən danışdı

“Zəng edib dedilər ki...” Hökumə Əliyevanın atası dələduzluq hadisəsindən danışdı

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Aidiyyəti dövlət orqanları sağ olsunlar, bank kartımdan pulu oğurlayanları vaxtında müəyyən etdi.

Bu fikirləri APA-nın yerli bürosuna Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Əliyev deyib.

Dünən Gəncə şəhərindən evimizə gəlirdim. Kəndə çatanda mənə zəng gəldi. Bildirdilər ki, "Kapital Bank"ın işçiləridir və dedilər ki, kartımın şifrəsini xakerlər görüblər, kartımdan pulumu oğurlamaq istəyirlər. Mənə kömək etmək istədiklərini dedilər. Bunun üçün isə kartda olan pulun başqa karta köçürmək lazım olduğunu qeyd etdilər. Mən də bunlara inanaraq vəsaiti digər karta köçürdüm. Necə elədilərsə, kartımdakı 100 993 manatdan 80 509 manatını mənimsədilər. Bundan sonra tez bir zamanda "Kapital Bank"a yaxınlaşdım, hadisəni olduğu kimi söylədim. Araşdırdılar ki, xakerlər pulu öz hesablarına köçürüblər. Eyni zamanda, DİN-in 102 xidmətinə zəng vurdum. Həmin dəqiqə Samux Rayon Polis İdarəsinin əməkdaşları gəldilər. Baş verən hadisəni araşdırdılar", - Cəlil Əliyev vurğulayıb.

O qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları tez bir zamanda cinayətkarı saxlayıb: "80 509 manatı geri qaytardı. Dövlətimiz sağ olsun, bir daha hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev bank kartından 80 min manat oğurlandığını bildirib. DİN pul vəsaitini oğurlayan şəxslərin müəyyən edildiyini, zərərin ödənildiyini açıqlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 Yanvar 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri