Zəngəzur dəhlizi açılarsa, bundan Ermənistan da məmnun qalmalıdır
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlaması zamanı bildirib ki, Zəngəzur dəhlizinin idarə olunması Ermənistanın mülkiyyəti çərçivəsində mümkündür.
Redaktor.az-a danışan millət vəkili Asim Mollazadə bildirdi ki, Ermənistan bu istiqamətdə Azərbaycanla danışıqları davam etdirməlidir.
"Çünki razılıq əldə olunarsa, dəhliz normal sürətlə işləyə biləcəksə, bu zaman bundan Ermənistan da əslində məmnun qalmalıdır. Çünki Ermənistan dünyaya çıxış əldə edir. Azərbaycan eyni zamanda Ermənistanla digər istiqamətlərdə də müvafiq kommunikasiyaların açılması məsələsində razılığa gələ bilər. Hələlik onlar bir-birinə ziddiyyət təşkil edən açıqlamalar verirlər. Gəlin gözləyək, görək bunların sonu necə olacaq. Hələ özləri bilmirlər ki, nə istəyirlər", - deyə deputat vurğuladı.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 18 İyul 2025 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















