Icma.az
close
up
RU
Zəngəzur dəhlizi bir neçə məqsədə nail olacağıq Əmirbəyov

Zəngəzur dəhlizi bir neçə məqsədə nail olacağıq Əmirbəyov

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Zəngəzur dəhlizi – bir neçə marşrutu özündə birləşdirən genişmiqyaslı layihədir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov Polşanın "TVP World" telekanalına verdiyi müsahibəsində bildirib.

O xatırladıb ki, "Tramp Marşrutu" (TRİPP) – cari ilin avqustunda Vaşinqton sammitinin nəticələri üzrə həyata keçirilməsi barədə razılıq əldə olunmuş layihə – Zəngəzur dəhlizinin bir hissəsidir.

"Zəngəzur dəhlizi bir neçə məqsədə eyni anda nail olmağa imkan verəcək. İlk növbədə, o, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək. Bu marşrut həmçinin üç onillikdən sonra Ermənistanı və Azərbaycanı birləşdirəcək. Bundan əlavə, o, Asiyadan Avropaya alternativ marşrutlardan biri olacaq. Söhbət Asiya və Avropa arasında ticarət həcmlərinin hər iki istiqamətdə artmasına imkan verəcək mühüm nəqliyyat əlaqəsi halqasından gedir. Biz Cənubi Qafqazda möhkəm sülhün bərqərar olmasını istədiyimiz üçün, hər iki tərəf – Bakı və İrəvan – ABŞ-nin vasitəçiliyi ilə bu sülhün bərabər iqtisadi fayda və nəzərəçarpan nəticələr gətirməsi barədə razılığa gəldi. Düşünürəm ki, nəticə etibarilə bu, Ermənistan və Azərbaycan arasında müəyyən iqtisadi qarşılıqlı asılılığa gətirib çıxaracaq və onlar, məncə, vahid iqtisadi məkan kimi fəaliyyət göstərə bilərlər", – o qeyd edib.

Xüsusi nümayəndənin sözlərinə görə, 2025-ci il Bakı və İrəvan arasında münasibətlərdə, daha geniş mənada isə bütün Cənubi Qafqaz üçün dönüş ili kimi tarixə düşəcək.

"Üç onillik münaqişə, rəqabət və qarşıdurmadan sonra Ermənistan və Azərbaycan sülh yaratmağa qərar verdilər. 8 avqust Vaşinqton sammiti liderlərin möhkəm və dönməz sülhə sadiqliklərini təsdiqlədiyi son dərəcə mühüm an oldu. Biz hesab edirik ki, bu, uzunmüddətli münasibətlərin yalnız başlanğıcıdır.

Münaqişənin əsas səbəbi – Ermənistan tərəfinin Azərbaycana ərazi iddiaları – aradan qaldırıldı. Ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Bakı Ermənistan tərəfinə sülh sazişi layihəsi üzərində işə başlamağı təklif etdi. 2 il yarımlıq müzakirələrdən sonra, 2025-ci ilin martında tərəflər sülh sazişi layihəsinin mətnini razılaşdırdılar", – E.Əmirbəyov vurğulayıb.

O əlavə edib, Vaşinqton sammiti zamanı Azərbaycan, Ermənistan və ABŞ liderləri bütün üç tərəfə uğurlu iqtisadi nəticələrə gətirəcək mühüm razılaşmalara nail olublar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://axar.az
archiveBu xəbər 13 Dekabr 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri