Icma.az
close
up
RU
“Zəngəzur dəhlizi” haradan keçəcək?

“Zəngəzur dəhlizi” haradan keçəcək?

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“TRIPP layihəsinin həyata keçirilməsinin sərhədləri dəqiq müəyyən edilməlidir”. 

Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açılamasında belə deyib. O, layihənin dəmir yolunu da əhatə etməli olduğunu vurğulayıb: 

“Ona görə də Ermənistan və Azərbaycanın məsuliyyət zonalarını aydınlaşdırmaq üçün dəqiq bir sərhəd olmalıdır”.

Qeyd edək ki, Paşinyanın bu açıqlaması Azərbaycan və Ermənistanın dövlət sərhədlərinin delimitasiyası və demarkasiyasına dair hər iki ölkənin baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi komissiyaların aprelin 29-da keçirilən iclasında qəbul olunmuş sənədlərlə izah oluna bilər. 

Ermənistanın Ağveran kurort massivində keçirilən görüşdə əldə olunan razılaşmalar iki ölkə arasında sərhəd mübahisələrinin aradan qalxması və sülh müqavilənin imzalanmasını sürətləndirəcək sənəd hesab edilir. 

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiya xəritəsinin hazırlanması haqqında Təlimatın əhəmiyyəti  xüsusi qeyd edilir. Bu, hər iki ölkənin sərhəd komissiyalarının birgə fəaliyyətinə dair 2024-cü ilin oktyabr ayında qəbul edilmiş əsasnamədən sonra ən vacib sənəd hesab edilir. 

Nikol Paşinyanın sözləri Azərbaycan-Ermənistan şərti sərhədinin TRIPP layihəsinin keçdiyi cənub hissəsində tezliklə sərhədlərin müəyyənləşməsi prosesinə başlanacağını deməyə əsas verir. 

Bu da avtomobil və dəmir yollarının keçdiyi ərazilərdə sərhəd mübahisələrinin qarşısını almaq, sabitliyi təmin etmək məqsədi daşıyır. 

Xatırladaq ki, baş nazirlərin müavinləri, sərhədlərin delimitasiya və demarkasiyası üzrə dövlət komissiyalarının sədrləri  Şahin Mustafayev və Mher Qriqoryan ötən il sentyabrın 5-də Zəngəzur dəhlizi istiqamətində görüşlər keçiriblər. 

Zəngilan və Mehri rayonlarında aparılan müzakirələrdən sonra delimitasiya prosesinin şərti sərhədin adıçəkilən hissəsində davam etdiriləcəyinə dair məlumat yayılıb. 

Ermənistan Xarici İşlər Nazirliyi Mher Qriqoryanla Şahin Mustafayevin görüşündə  2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalara uyğun olaraq, kommunikasiyaların yaradılması sahəsində fəaliyyətlərin sinxronlaşdırılması məqsədilə sərhəd xəttinin müvafiq hissələrinin delimitasiyası və minalardan təmizlənməsi, o cümlədən zəruri infrastrukturun bərpası,  tikintisi və onların həyata keçirilməsi müddətləri ilə bağlı məsələləri müzakirə etdiyi bildirilirdi. Ağveranda əldə olunmuş razılaşmaların da məhz həmin istiqamətdə işlərin davam etdirilməsi üçün texniki və hüquqi mexanizmlərin yaradılması məqsədi daşıyır. 

Lakin bu prosesə iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra başlanacağını demək olar. Seçkilərə bir aya yaxın vaxt qalır və hazırda Paşinyan hakimiyyətinin sərhədlərin müəyyənləşməsində edəcəyi hər hansı güzəştdən müxalifət onun əleyhinə istifadə etməyə çalışa bilər. 

Digər tərəfdən, sərhədin cənub hissəsinə dair müzakirələrin aparılması şimal-qərbdə, yəni Qazax-Tavuş istiqamətində delimitasiya və demarkasiya prosesinin təxirə salınması demək deyil. 

Azərbaycanla  Ermənistan arasında ticarət əlaqələrinin genişlənməsi kommunikasiyaların açılmasını və sərhədlərin bərpasını zəruri edir. Bunlar qarşılıqlı şəkildə bağlı olduğundan, tezliklə sərhədlərin müəyyənləşməsi yönündə ciddi addımların atılacağı gözlənilir. 

Müşfiq Abdulla
"Cebheinfo.az"

 

Açar sözlər: Zəngəzur dəhlizi Azərbaycan  Ermənistan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 May 2026 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see423

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see300

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see293

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see284

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see274

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see257

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see241

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see233

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see206

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see173

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri