Icma.az
close
up
RU
Zəngəzur dəhlizi ilə bağlı ŞAD XƏBƏR An məsələsidir!

Zəngəzur dəhlizi ilə bağlı ŞAD XƏBƏR An məsələsidir!

Icma.az, News24 saytına istinadən bildirir.

Ermənistanda Zəngəzur dəhlizi ilə bağlı müzakirələr, daha doğrusu, təlaş səngimir. Erməni deputatlar vaxtaşırı bu yöndə maraqlı, eyni zamanda kifayət qədər maraqlı açıqlamalar verirlər. Məsələn, müxalif deputat Qeqam Manukyan iddia edir ki, İrəvan Bakıya öz şərtlərini təqdim edib: “İstisna edilmir ki, Ermənistan hökuməti Azərbaycana öz ərazisindən yoxlamasız yük daşımaq hüququnu təklif edib”. Hakim “Mülki Müqavilə” Partiyasından olan deputat Arman Yeqoyan isə məsələni bir qədər dəqiqləşdirərək deyib: “Azərbaycan və ya digər ölkələrdən Ermənistan ərazisindən daşınan istənilən yük nəzarətə götürülməlidir. Yoxlama olmayacaq, amma nəzarət olmalıdır”.

Öz növbəsində erməni ekspert Alen Qevondyan hesab edir ki, dəhliz məsələsi çoxdan həll olunub. Onun sözlərinə görə, Ermənistan hökuməti Zəngəzur dəhlizi məsələsinə hələ 2021-ci ildə razılıq verib, bu gün mövzunun uzanmasına səbəb erməni cəmiyyətinin razı salına bilinməməsidir. “Hraparak” qəzeti də yazıb ki, Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanla razılaşıb. İddialara görə, Azərbaycanla dəhliz məsələsinin müzakirə edilmədiyini deyən hakim qüvvələr “maneəsiz keçid” anlayışını gündəmə gətiriblər və insanları tədricən buna hazırlayırlar. Qəzet bildirir ki, maneəsiz keçid rejimində Azərbaycanla Naxçıvan arasında yüklər yoxlamasız keçəcək və yola nəzarət olmayacaq. İrəvanda bu qəbil diskussiyalar göstərir ki, dəhlizin açılması an məsələsidir. Sadəcə, onun statusu və mexanizmi mübahisəlidir. Bəs bu düyün necə və nə vaxt çözüləcək?

Siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında diqqətə çatdırdı ki, Ermənistanda Paşinyan başda olmaqla, kimin nə demək istəməsindən asılı olmayaraq, Zəngəzur dəhlizi Azərbaycanın və Türkiyənin istədiyi bir formada və şərtlər çərçivəsində açılacaq: “Ermənistanın müəyyən zamanı var ki, dəhlizin açılması üçün özü addım atsın. Əks halda, gec olacaq və bu gün dəhliz ətrafında siyasi alverə qalxan ermənilər sonda dəhlizlə bağlı bütün istəklərindən məhrum olacaqlar. Ermənilər vəziyyətin getdikcə dramatikləşdiyinin fərqindədirlər, başa düşürlər ki, sonra gec ola bilər”.

F.Yusifov Zəngəzur dəhlizinin həm Qərbin və həm də Şərqin böyük güclərinin, regionda isə Azərbaycan və Türkiyənin maraqlarına aid bir məsələ olduğunu yada saldı: “Bu məsələdə tutulan əks yol Ermənistanı bir dövlət kimi yandıra bilər. Bu gün dünyanın düzəni dəyişir. Baxın, Rusiya-Ukrayna müharibəsində sülh yaratmaq istəyən ABŞ artıq indiyə qədər mövcud olmuş istəklərini açıq formada ortaya qoyur. Birləşmiş Ştatlar Ukraynanın filiz mədənlərini əldə etmək istədiyini bəyan edir”.

Ekspert qeyd etdi ki, bu, əslində dünyada iqtisadi maraqların və biznes maraqlarının yenidən bölgüsü prosesinin gedişidir: “Zəngəzur dəhlizi də beləcə həm ABŞ-ın, Avropa Birliyinin, həm də Çinin maraqları dairəsində olan bir məsələdir. Bu nəhənglərin iqtisadi və hərbi xəritəsində Ermənistan nə boyda görünür, sizcə? Ermənilər bunu anlaya bilməsələr, təkcə Zəngəzuru deyil, bütövlükdə Ermənistanı itirəcəklər. Bax bu ən böyük gerçəkdir”.

Azərbaycan parlamentinin üzvü Azər Badamov isə hesab edir ki, Zəngəzur dəhlizinin açılması labüd məsələdir: “Burada, sadəcə, dəhlizin nə vaxt açılacağı zaman məsələsidir. Azərbaycan Zəngəzur dəhlizinə qədər olan ərazilərdə hər iki tərəfdən bütün kommunikasiyaları yenidən quraraq işlək vəziyyətə gətirir. Amma Ermənistan tərəfində isə sadəcə söz müzakirələrindən başqa bir hərəkətlilik müşahidə olunmur. Bunun da əsasında Ermənistan hakimiyyətinin Zəngəzur dəhlizi məsələsinə ehtiyatla yanaşmalı olduğunu hesab edirəm. Çünki Ermənistan hakimiyyəti açıq şəkildə Zəngəzur dəhlizi ifadəsini gündəmə gətirərsə, ölkə daxilində radikal müxalifəti yenidən ayağa qaldırmış və cəmiyyətdə narazılıqlara gətirmiş olacaq. Ona görə də Zəngəzur dəhlizi ifadəsi açıq şəkildə açıqlanmasa da, manesiz keçidin verilməsinə etiraz etmədiklərini bildirirlər. Yəni maneəsiz keçidin verilməsi ilə bağlı məsələ 10 noyabr 2020-ci il bəyanatında Paşinyanın imzası ilə təsdiq olunub”.

Deputatın sözlərinə görə, Ermənistanda 2026-cı ildə parlament seçkilərinin keçiriləcəyi gözlənilir: “Ona görə də Paşinyan hakimiyyəti Zəngəzur dəhlizi və sülh müqaviləsi ilə bağlı danışıqlar prosesini sadəcə sözlərlə yola verməyə çalışır. Amma 2026-cı ildə parlament seçkilərindən sonra Zəngəzur dəhlizi ilə bağlı ciddi addımların atılacağını hesab edirəm. Çünki Paşinyanın ortaya gətirdiyi sülh kəsişməsi layihəsi Zəngəzur dəhlizi açılmadan sıradan bir kağız parçasıdır. Ermənistanın kommunikasiyaları Azərbaycan və Türkiyənin ərazisindən keçməlidir. Bunun üçün Azərbaycanla sülh müqaviləsi imzalanmalı və Zəngəzur dəhlizi açılmalıdır. Bu gün Paşinyan bütün kommunikasiyaların açılmasına etirazının olmadığını deməklə əslində özü də bilir ki, bu mümkünsüz bir məsələdir. Belə açıqlamalarla Paşinyanın məqsədi sadəcə beynəlxalq və daxili ictimaiyyəti çaşdırmaqdır. Ermənistan ilk növbədə Zəngəzur dəhlizini açmalıdır ki, sonra digər məsələlər müzakirə olunsun. Hər şey öz ardıcıllığı ilə davam etməlidir. Bu baxımdan gec də olsa Zəngəzur dəhlizinin açılması mütləq reallaşacaqdır. Azərbaycanın Zəngəzur dəhlizinə qədər çəkdiyi kommunikasiyalar isə çox məqsədlidir. Belə ki, Zəngəzur dəhlizinin açılmasının gecikəcəyi təqdirdə Azərbaycan İran ərazisindən paralel yolun açılışına nail olacaq və bununla Naxçıvanla bağlantımız yaranacaq. Bu məsələ ilə bağlı hökumətlərimiz birgə fəaliyyət göstərir və Araz çayı üzərində kommunikasiyaların tikintisi prosesi davam etdirilir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://news24.az
archiveBu xəbər 18 Fevral 2025 08:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri