Icma.az
close
up
RU
Zəngəzur dəhlizi ilə bağlı son gəlişmə 4 maneə var

Zəngəzur dəhlizi ilə bağlı son gəlişmə 4 maneə var

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

ABŞ-ın Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyanın son açıqlamaları müzakirələrə səbəb olub. O, Ermənistanın Baş naziri Nikol Paşinyan və komandasının daim yalan danışdığını, lakin Azərbaycan Prezidenti İlham Əliyevin həmişə həqiqətləri dediyini bildirib.

Xaçikyan artıq İrəvanın Zəngəzur dəhlizinin açılmasına razılıq verdiyini, lakin bunun hələ də ermənilərdən gizlədildiyini qeyd edib.

Son günlər AzTV-də Zəngəzur dəhlizinin Azərbaycandan keçən hissələrində tikinti işlərinin yekunlaşdığına dair süjetlərin verilməsi bu fonda diqqət çəkir.

Mövcud proseslər çərçivəsində Zəngəzur dəhlizinin qısa müddətdə açılması mümkün görünürmü?

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, dəhlizin yaxın vaxtlarda açılacağı ilə bağlı xəbərlər Azərbaycan kütləvi informasiya vasitələrində son günlər daha da intensivləşib:

“Bu da əsasən dəhlizin Azərbaycana aid hissəsində işlərin tamamlanma üzrə olduğu barədə xəbərlərin ortaya çıxması ilə əlaqələndirilir. Həqiqətən də ölkəmizdə dəhlizin açılmasına ciddi hazırlıq görülür ki, bu, yaxın vaxtlarda məsələ ilə bağlı müsbət xəbərlərin alınacağına işarədir.

Bakı dəhlizin yaxın vaxtlarda açılacağına heç bir şübhə etmir. Bu istiqamətdə aparılan hazırlıq işləri də İrəvan tərəfi və region dövlətlərinin məsələnin vəziyyətindən xəbərdar olduğunu sübut edir. Deməli, Ermənistan, Rusiya, İran və Türkiyə də hadisələrin gedişi barədə məlumatlıdırlar və indiki halda qeyd olunan dövlətlərdən heç biri hadisələrin açılışa doğru getməsindən narahatlıq bildirməyiblər.

İran və Rusiyanın səssizliyi də razılıq əlaməti kimi qiymətləndirilə bilər. Beləliklə, Azərbaycan apardığı gərgin siyasi mübarizədə öz istəyinə nail olmuş kimi görünür”.

Politoloqun sözlərinə görə, Azərbaycanı əsasən Ermənistan tərəfinin bu məsələdə mövqeyi ciddi maraqlandırır:

“Ermənistanın Baş naziri Nikol Paşinyan və onun komandasına daxil olan siyasi xadimlərin verdiyi son bəyanatlar da Zəngəzur dəhlizinin açılmasına müsbət yanaşmanı ifadə edir. İrəvanda Azərbaycanın bu tələbindən qaçmağın mümkünsüz olduğunu anlayırlar, lakin hadisələrin inkişafından maksimum fayda götürməyə çalışırlar. Eyni zamanda Ermənistan iqtidarı dəhlizin açılmasını müxalifətə qəbul etdirmək istiqamətində ciddi səy göstərir. Amma bütün hallarda Zəngəzur dəhlizinin yaxın günlərdə açılacağını proqnozlaşdırmaq mümkün deyil. Çünki irəli zamanda Rusiya-Ukrayna müharibəsinin qarşısını almaq istiqamətində Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında baş tutacaq danışıqlar dayanır. Bu danışıqların nəticəsinin Cənubi Qafqaza da təsir göstərəcəyini düşünənlər var. Amma mən hesab edirəm ki, ABŞ-Rusiya danışıqlarının nəticəsindən asılı olmayaraq,  Zəngəzur dəhlizi fəaliyyətə başlayacaq. Vaşinqton-Moskva müzakirələrinin nəticəsi isə sadəcə Rusiyanın dəhlizin idarə olunmasında iştirakı dərəcəsini müəyyən edə bilər”.


Əlimusa İbrahimov

Ə.İbrahimov bildirib ki, Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılma ehtimalı bir sıra siyasi, iqtisadi və təhlükəsizlik amillərindən asılıdır:

“Dəhlizin açılmasının lehinə olan ehtimal amillər bunlardır:

“1. Regional iqtisadi maraqlar – Bakı və Ankara dəhlizi güclü şəkildə dəstəkləyir, çünki o, materik Azərbaycanı və onun Naxçıvan anklavı arasında birbaşa quru əlaqəsini təmin edəcək və Türkiyənin Mərkəzi Asiyaya çıxışını gücləndirəcək.

2. Rusiyanın iştirakı – Rusiya Cənubi Qafqazda təsirini saxlamaqda maraqlıdır və onun daha geniş regional strategiyasının bir hissəsi kimi dəhlizə təkan verə bilər.

3. Ermənistanın iqtisadi hədəfləri – Qarşılıqlı məqbul razılaşma əldə olunarsa, Ermənistan tranzit ödənişlərindən və artan əlaqələrdən iqtisadi cəhətdən faydalana bilər.

Açılmasının əleyhinə olan amillər:

1. Ermənistanın müxalifətinin müqaviməti – Ermənistan hökuməti, xüsusən də baş nazir Nikol Paşinyanın dövründə suverenliyini itirməkdən ehtiyat edərək, tətbiq olunmuş ekstraterritorial dəhliz kimi gördüyü hadisəyə kəskin etirazını bildirib. Amma son dövrlər Azərbaycana aid olan yük və sərnişinlərin nəzarətsiz və maneəsiz keçidinə razı olmuş kimi görünür.

2. İranın müxalifəti – İran dəhlizin açılması ilə regional təsirinin zəifləyəcəyindən, Ermənistana quru çıxışının kəsiləcəyindən, ticarət yollarının pozulacağından ehtiyat edərək qarşı çıxır. Amma son dövrlər Azərbaycan tərəfinin apardığı ciddi siyasi-diplomatik fəaliyyət nəticəsində dəhlizin İranın Ermənistanla əlaqəsindəki mövcud status-kvonu dəyişməyəcəyi ona izah edilib. Tehran reallığı başa düşmək ərəfəsindədir demək olar.

3. Qərb və Rusiyanın geosiyasi qarşıdurması – Qərb ölkələri, xüsusən də ABŞ və Fransa Ermənistana dəstəyi artırır, Rusiya isə Ukrayna ilə məşğuldur, onun razılaşmaları yerinə yetirmək imkanlarını məhdudlaşdırır. Bu fakt müəyyən xaos yaradır.

4. Təhlükəsizlik tədbirləri – Ermənistanın mütəmadi olaraq Azərbaycanla şərti sərhəd zonasında atəşkəsi pozması dəhlizə qarşı risk əlaməti kimi də qiymətləndirilir. Dəhlizin açılması halında İrəvan bu istiqamətdə ciddi tədbirlər görməlidir”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Fevral 2025 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri