Icma.az
close
up
RU
Zəngəzur dəhlizi ilə bağlı tarixi addım: Dəmir yolunun təməli atılır

Zəngəzur dəhlizi ilə bağlı tarixi addım: Dəmir yolunun təməli atılır

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu xəttinin təməlinin 22 avqust cümə günü atılacağını açıqlayıb. 

Qaynarinfo-nun "Hürriyet"ə istinadən xəbər verir ki, nazir bildirib ki, 224 kilometr uzunluğundakı bu xətt, Zəngəzur dəhlizinin mühüm bir hissəsi olacaq və Zəngəzur dəhlizinin işə düşməsi ilə Pekindən Londona qədər uzanan Şərq-Qərb marşrutu daha səmərəli işləyəcək.

5,5 milyon sərnişin və 15 milyon ton yük daşıma gücü

Uraloğlunun sözlərinə görə, xətt Türkiyənin şərqində yük və sərnişin daşımalarını gücləndirəcək, eyni zamanda ölkənin Asiyaya uzanan ticarət yollarında jeostrateji mövqeyini daha da möhkəmləndirəcək.

Türkiyə Maliyyə Nazirliyi tərəfindən görülən işlər nəticəsində layihə üçün 2,4 milyard avroluq xarici maliyyə təmin edilib. Nazir bildirib:

"Qars-İğdır-Aralıq-Dilucu dəmir yolunu 224 kilometr uzunluğunda, ikixətli, elektrikləşdirilmiş və siqnallaşdırılmış şəkildə inşa edəcəyik. Xətt ildə 5,5 milyon sərnişin və 15 milyon ton yük daşıma imkanına malik olacaq. Layihədə 5 tunel, 19 açıq-tunel, 3 viadük, 10 körpü, 144 altkeçid, 27 üskeçid və 480 suötürücü olacaq".

Azərbaycanla yeni dəmir yolu bağlantısı

Nazir Uraloğlu əlavə edib ki, bu xətt, Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə quracaq Zəngəzur dəhlizinin mühüm hissəsini təşkil edəcək:

"Bu xətt vasitəsilə Türkiyə ilə Azərbaycan arasında fasiləsiz yeni bir dəmir yolu bağlantısı yaranacaq. Eyni zamanda Şərqi və Cənub-Şərqi Anadolunun istehsal potensialı daha sürətli şəkildə xarici bazarlara çıxacaq, Aralıq dənizinin turizm imkanları genişlənəcək. Bundan əlavə, bu xətt Transxəzər və Şimal-Cənub dəhlizlərini gücləndirərək Avrasiyanın tədarük və logistika şəbəkələrini möhkəmləndirəcək, Türkiyəni regional əməkdaşlığın mərkəzinə çevirəcək. Zəngəzur dəhlizinin işə düşməsi ilə Pekindən Londona qədər uzanan Şərq-Qərb marşrutu daha effektiv işləyəcək, Orta Dəhlizin dəmir yolu və avtomobil yolu yükdaşıma imkanları artacaq".

Aydın
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Avqust 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see178

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see170

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see133

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri