Icma.az
close
up
RU
Zəngəzur dəhlizi ilə bağlı yeni PROQNOZ

Zəngəzur dəhlizi ilə bağlı yeni PROQNOZ

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassislə keçirdiyi birgə mətbuat konfransında səsləndirdiyi açıqlama Zəngəzur dəhlizi ilə bağlı müzakirələrə yeni impuls verib. Nazir bildirib ki, ABŞ və Ermənistan arasında razılaşdırılan TRIPP ("Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu") layihəsi çərçivəsində dəhlizin Ermənistan ərazisindən keçən 42 kilometrlik hissəsində fiziki tikinti işlərinə bu ilin sonunadək başlanılması gözlənilir. Açıqlama fonunda layihənin təkcə nəqliyyat infrastrukturunun inkişafı deyil, həm də Cənubi Qafqazın geosiyasi və geoiqtisadi mənzərəsinə mümkün təsirləri yenidən müzakirə mövzusuna çevrilib. 

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev qeyd edib ki, Zəngəzur dəhlizinin açılması istiqamətində atılan hər bir addımı xalqımız səbirsizliklə gözləyir və müsbət qarşılayır.

"ATƏT-n fəaliyyətdə olan sədri ilə görüşdə, xarici işlər nazirinin bu ilin sonuna qədər Ermənistandan keçən 42 km-lik hissəsində tikinti işlərinə başlanacağı barədə  bəyanatı ümidvericidir. Layihənin Azərbaycan hissəsində işlər başa çatmaq üzrədir. Əfsuslar olsun ki, Ermənistanla bağlı qəti fikirlər səsləndirmək çətindir. Ermənistanın daxilində və xaricində dəhlizin əleyhinə çıxan ciddi qüvvələr var və bunların başında İranın molla rejimi durur. Bu baxımdan, düşünürəm ki, dəhlizin açılması, Vaşinqtonun qətiyyətli mövqeyindən və İranla ABŞ arasında gedən müharibənin nəticələrindən asılıdır".

Deputat həmçinin vurğulayıb ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi, region dövlətlərinin iqtisadi inkişafına güclü təkan verməklə, ölkələr arasında inteqrasiya, kommunikasiya proseslərinin sürətlənməsinə səbəb olacaq:

"Nəticə etibarilə, regionun nəqliyyat və geosiyasi balansının dayanıqlı sülhün əldə olunması istiqamətində dəyişəcəkdir. Ən əsası isə Türkiyənin Azərbaycan vasitəsilə Mərkəzi Asiya Türk dövlətləri ilə birbaşa əlaqəsi yaranacaq və tarixi ədalət bərpa olunacaqdır".

Milli Məclisin üzvü onu da əlavə edib ki, dəhlizin istismara verilməsi, bilavasitə onun üzərində yerləşən bütün ölkələrə strateji üstünlük qazandıracaq:

"İlk növbədə, Azərbaycan üçün. Burada bir neçə amili nəzərə almaq lazımdır. Müvafiq infrastrukturun olması, məsafə, alternativ marşrutların mövcudluğu və s. Dəhlizin Ermənistandan keçən hissəsinin uzunluğu cəmi 42 km-dir. Bu marşrut olmasa belə, Azərbaycan alternativ, Gürcüstan və İran ərazisindən keçən marşrutlardan istifadə edir. Azərbaycanın yerləşdiyi münbit coğrafi şərait, Prezident İlham Əliyevin uzaqgörənliklə yaratdığı nəqliyat-kommunikasiya infrastrukturu, logistika siyasəti, hər zaman ölkəmizin strateji üstünlük qazanmasını şərtləndirəcəkdir", - deyə N.Məhəməliyev fikrini tamamlayıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Avqust 2026 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see275

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see222

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see216

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see214

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see211

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see210

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see209

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see207

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see206

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see205

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see203

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see201

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see199

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see198

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see196

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see195

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see192

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see191

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see186

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri