Icma.az
close
up
RU
Zəngəzur dəhlizi məsələsində böyük dövlətlərin maraqları toqquşur

Zəngəzur dəhlizi məsələsində böyük dövlətlərin maraqları toqquşur

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


"Zəngəzur dəhlizinə ABŞ Prezidenti Donald Trampın nəzarət etməklə bağlı təklifində daha çox biznes maraqları nəzərdə tutulur, burada dəhlizə təkcə Azərbaycanı Naxçıvanla birləşdirmək prizmasından deyil, daha qlobal, Şərqlə -Qərb arasında dəhliz rolunda yanaşılır. Əslində bu Azərbaycanın maraqlarına uyğun gələn məsələdir, əgər belə bir layihə baş tutarsa, bu neytral bir ərazi olacaq".
Newscenter.az xəbər verir ki, bunları politoloq Vüqar Əhmədov deyib. O bildirib ki, ABŞ özəl şirkəti dəhlizə, eləcə də təhlükəsizliyə onlar nəzarət edəcək:
"Həm Azərbaycan, həm Ermənistan bu layihədən gəlir əldə edəcək, eyni zamanda Azərbaycanın Qərbə çıxışı daha da genişlənəcəkdir. Azərbaycan ərazisindən həm yükdaşımaları artacaq, eyni zamanda sərnişinlərin Naxçıvan və Türkiyəyə quru yolla gedişi asanlaşacaqdır. Bu prosesdə əsas maneə ola biləcək ölkələr İran və Rusiya ola bilər, lakin indi geosiyasi vəziyyət müəyyən qədər dəyişib, hazırda Trampın həm Rusiya Prezidenti, həm də İranla müəyyən dialoq imkanları var. Diqqət etsək Ukrayna məsələsində də Tramp oxşar mövqe sərgiləyərək torpaqları müəyyən qarşılıq əvəzində icarəyə götürməyi təklif edib. Trampın hazırda dünyada mövcud olan münaqişələrin həllinə yanaşmasında biznes yanaşma müşahidə olunur və tərəflər gəlir əldə etməklə əməkdaşlığa cəlb olunur".
Politoloq deyib ki, Azərbaycan üçün Zəngəzur məsələsinin ticarət layihəsindən daha çox, bu ərazisinin ölkəmiz üçün mənəvi özəlliyi var:
"Bu dəhliz Azərbaycanı Türk dünyası ilə birləşdirən, Naxçıvana quru yolu təmin edən və ən əsası dədə-baba torpaqlarımız olan ərazini əhatə edir. Lakin göründüyü kimi Zəngəzur dəhlizi məsələsində böyük dövlətlərin qlobal maraqları toqquşur, indi əsas məsələ bu dəhliz ətrafında tarixi razılaşma əldə etməkdir. Əgər belə bir razılaşma olarsa bu layihədən region daha çox faydalanmış olacaq".
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 16 İyul 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri