Icma.az
close
up
RU
Zəngəzur dəhlizi regionun açarıdır RƏY

Zəngəzur dəhlizi regionun açarıdır RƏY

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Moskva narahatdır, "Tramp yolu" Rusiyanın təsirini sıfıra endirə bilər


“42 km-lik dəmiryol xətti Ermənistanın Kremldən asılılığını azaldacaq”


Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin "Moskva və İrəvan arasında "Tramp yolu" müzakirə olunur" açıqlaması hələ də gündəmdədir. Çünki Rusiya rəsmiləri hesab edirlər ki, bu mövzu yalnız ABŞ ilə məhdudlaşmır. Kreml hesab edir ki, regionda real sülhün təmin olunması üçün "TRİİP" layihəsi yüksək səviyyəli dialoqda əksini tapmalıdır. Rusiya "Tramp yolu" marşrutunun əməliyyat detalları və mexanizmləri barədə İrəvandan daha konkret məlumat gözləyir. Göründüyü kimi Rusiya hələ də 10 noyabr üçtərəfli bəyanatında Zəngəzur dəhlizində ona tanınan təhlükəsizlik səlahiyyətlərini yenidən öz üzərinə götürməkdə israrlıdır. Yəni dəhlizə nəzarət etmək istəyir. Dolayısı ilə bu o deməkdir ki, Rusiya Zəngəzur dəhlizi uğrunda müxtəlif formada və metodlarla rəqabət aparacaq. Lakin bunun nə dərəcədə uğurlu olub-olmaması Ermənistanın davranışlarından və 2026-cı ildə keçiriləcək seçkilərin nəticəsindən asılı olacaq. 

Millət vəkili Nəsib Məhəməliyev "Sherg.az"a açıqlamasında bildirib ki, Rusiyanın Ermənistana ciddi təsirləri danılmazdır. Deputatın fikrincə, Kreml İrəvana təsir rıçaqlarını işə salaraq, Zəngəzur dəhlizi ilə bağlı narahatlıqlarını aradan qaldırmağa çalışır: 

"Moskva düşünür ki, "TRİPP" layihəsinin reallaşması Rusiyanın Cənubi Qafqazda təsir dairəsini məhdudlaşdıracaq, hətta sıfıra endirəcək. Ona görə də çalışır ki, "Tramp marşrutu"nda rolu, hər hansı formada iştirakı təmin olunsun. Ermənistanın bütün dəmiryolları Rusiyanın müvafiq qurumuna məxsusdur, yəni onun filialıdır. Ancaq söhbət ondan gedir ki, Zəngəzur ərazisindən keçəcək 42 km.lik məsafədə, yəni "TRİPP" adlanan hissədə dəmiryol xətti mövcud deyil. İrəvan hökuməti 42 km.lik dəmiryol xəttini Rusiyanın iştirakı, müdaxiləsi olmadan inşa etmək niyyətindədir. O halda Zəngəzur dəhlizində Rusiyanın təsiri olmayacaq. Ermənistan Təhlükəsizlik Şurası katibinin Rusiyaya səfəri çərçivəsində "TRİPP" layihəsinin müzakirə olunacağı şübhəsizdir. İrəvan kifayət qədər çətin vəziyyətdədir və Rusiya ilə məsələni danışıqlar yolu ilə həll etməyə çalışır. Paşinyan Qərb-Rusiya arasında balanslı siyasətə üstünlük verir. İstənilən halda Rusiyanın Ermənistana təsir rıçaqlarını, Gümrüdəki 102-ci hərbi bazanın mövcudluğunu gözardı etmək olmaz. Bakıdan fərqli olaraq İrəvana Kremlin təzyiqləri güclüdür. Azərbaycan siyasi-iqtisadi cəhətdən müstəqil ölkədir. Hətta lazım olarsa, Rusiya bazarından da imtina edə bilərik, çünki alternativlərimiz var. Ancaq Ermənistan "Qərbə inteqrasiya" yolunu tutsa da, Rusiyadan tezliklə və birmənalı uşaqlaşma ehtimalı azdır". 


Parlamentari əlavə edib ki, Zəngəzur dəhlizinə adi yol kimi baxmaq doğru deyil: 

"Bu dəhliz strateji əhəmiyyətinə görə gələcək yüzilliklər üçün də önəm kəsb edir. Şərq-Qərb nəqliyyatına, beynəlxalq logistikaya kim nəzarət edəcəksə, region da onun nəzarətində olacaq. Mərkəzi Asiya ölkələrinin liderlərinin ABŞ-yə səfəri, Avropa Birliyi rəsmilərinin Mərkəzi Asiya dövlətlərinə gəlişi təsadüfi deyil. Qərb tərəfindən Mərkəzi Asiya ölkələrinə 12 milyard avro dəyərində investisiya paketi təqdim olunub. Bu, ABŞ və Avropanın Şərq-Qərb dəhlizinə yüksək marağının göstəricisidir. Dünya qlobal nəqliyyat kommunikasiya xəttinə fokuslanıb və bu marşrutun açar ölkəsi Azərbaycandır, Zəngəzur dəhlizidir. Yaxın dönəmdə Zəngəzur dəhlizinə nəzarət uğrunda Qərb-Rusiya mübarizəsinin daha da şiddətlənəcəyinin şahidi olacağıq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Oktyabr 2025 05:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri