Icma.az
close
up
RU
Zəngəzur dəhlizi sabitlik və əməkdaşlıq yoludur ŞƏRH EDİLDİ

Zəngəzur dəhlizi sabitlik və əməkdaşlıq yoludur ŞƏRH EDİLDİ

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"8 avqustda Azərbaycan, Ermənistan və ABŞ-ın birgə iştirakı ilə Zəngəzur dəhlizinin açılması razılaşdırıldı. Bu yol “Tramp yolu” adlandırılsa da, Zəngəzur dəhlizi olaraq da qəbul edilir və bu, Orta dəhlizin əsas seqmentidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Çindən gələn yüklər məhz Zəngəzur dəhlizindən keçməklə qərbə daşınacaq, həmçinin qərbdən gələn yüklər də buradan şərqə yönələcək: "Bu, təkcə nəqliyyat məsələsi deyil. Burada kiberoptik neft və qaz kəmərlərinin, internet kabel və beynəlxalq telefon xətlərinin çəkilişi nəzərdə tutulur. Zəngəzur dəhlizinin strateji önəmi ondan ibarətdir ki, bu yol təhlükəsiz, quru yol olmaqla daha qısa və eyni zamanda rentabellidir.

Əvvəllər Orta dəhliz Rusiyanın üzərindən keçirdi ki, bu da həm uzaq məsafə idi, həm də Rusiya bu marşrutu daim sabotaj edirdi. Hind okeanında husilərin Yəməndə hücumlar təşkil etməsi də əlavə problem yaradıb. Bu səbəbdən Çin və Avropa arasında daşımalar üçün təhlükəsizlik və səmərəlilik baxımından Zəngəzur dəhlizi daha uyğun hesab olunur.

Zəngəzur dəhlizinin strateji əhəmiyyəti ondan ibarətdir ki, bu, Cənubi Qafqazda sülh və təhlükəsizliyin əsas təminatçısı olacaq. Böyük dövlətlərin bu marşruta maraq göstərməsi Azərbaycana siyasi dəstəyin artmasına səbəb olacaq və nəticədə ölkəmizin milli təhlükəsizliyi və suverenliyi daha da güclənəcək. Ümumilikdə, Zəngəzur dəhlizi Cənubi Qafqazda sülh və təhlükəsizliyin qarantı rolunda çıxış edəcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Sentyabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri