Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Evinin sökülməməsi üçün altından yol çəkdi

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Zəngəzur dəhlizi: türk dünyasının strateji birlik xəritəsi

Zəngəzur dəhlizi: türk dünyasının strateji birlik xəritəsi

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Zəngəzur dəhlizində tikinti işləri sürətlə irəliləyir. Qeyd edilir ki, işlərin çox hissəsi artıq görülüb.

Elə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Avrasiya Gənc İş Adamları Forumunda Türkiyə və Azərbaycan əlaqələrindən danışarkən Zəngəzur dəhlizi məsələsinə də toxunub. Səfir deyib ki, türk dünyası ilk dəfə yeni bir yüksəliş dinamikasını yaşayır, yaxın zamanda Zəngəzur dəhlizi açılacaq və bununla da 10 il ərzində bu coğrafiyada böyük ticarət əlaqələri formalaşacaq.

Zəngəzur dəhlizində görülən tikinti işləri, dəhlizin türk dünyasının inkişafına verəcəyi töhfələr istiqamətində millət vəkilləri, iqtisadçılar “Xalq Cəbhəsi”nə danışıb.

Mühüm iqtisadi və geosiyasi körpü

Milli Məclisin deputatı Aydın Hüseynov qeyd edib ki, Zəngəzur dəhlizi artıq təkcə regional nəqliyyat layihəsi deyil, bütövlükdə türk dünyasının strateji birləşmə xəritəsini yenidən formalaşdıran tarixi təşəbbüs kimi dəyərləndirilir: “Bu dəhliz, Şuşa Bəyannaməsinin ruhuna uyğun olaraq Türkiyə və Azərbaycanın ortaq maraqlarını birləşdirən, eyni zamanda, bütün Türk Dövlətləri Təşkilatının (TDT) gələcək inteqrasiyasına xidmət edən mühüm bir iqtisadi və geosiyasi körpüdür. Zəngəzur dəhlizinin açılması ilə Orta Dəhliz tam mənada reallaşacaq, yəni Çin – Mərkəzi Asiya – Xəzər – Azərbaycan – Türkiyə xətti üzərindən Avropaya qədər uzanan vahid ticarət və logistika şəbəkəsi formalaşacaq. Bu, regionun iqtisadi xəritəsini dəyişməklə yanaşı, həm də türk dünyasının siyasi və mədəni birliyini möhkəmləndirəcək”.

Türk dövlətlərinin fiziki birliyinə gedən yol

Deputat vurğulayıb ki, Azərbaycan bu layihədə həm coğrafi, həm də siyasi baxımdan əsas mərkəz rolunu oynayır: “Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, bu dəhliz yalnız ölkələrin deyil, bütöv bir regionun inkişafına xidmət edəcək. Hazırda Azərbaycanın tərəfdaş ölkələrlə apardığı danışıqlar və infrastruktur hazırlıqları onu göstərir ki, texniki və iqtisadi baxımdan bu layihənin həyata keçirilməsi üçün əsas baza artıq formalaşıb. Zəngəzur dəhlizinin iqtisadi əhəmiyyəti ilə yanaşı, onun strateji və mənəvi tərəfi də var. Bu, türk dövlətlərinin onilliklər ərzində həsrətində olduqları fiziki birliyə gedən yolun açılması deməkdir. Bu yolla təkcə mallar və xidmətlər deyil, həm də ideyalar, əməkdaşlıq ruhu, ortaq gələcək vizyonu hərəkət edəcək. Beləliklə, Zəngəzur dəhlizi XXI əsrdə türk dünyasının yüksəliş dinamikasının simvoluna çevrilir. O, həm iqtisadi inkişafın, həm regional sabitliyin, həm də siyasi müstəqilliyin mühüm dayağı olacaq. Bu layihə reallaşdıqca, türk coğrafiyası bir ideya ətrafında — birlik və tərəqqi ideyası ətrafında — daha sıx birləşəcək”.

Əlverişli imkanlar

Milli Məclisin deputatı Müşfiq Cəfərov söyləyib ki, Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana, eləcə də, Azərbaycan ərazisindən üçüncü bir ölkəyə yüklərin daşınması üçün yeni əlverişli imkanlar yaranacaq: “Məlumdur ki, Zəngəzur dəhlizinin reallaşması türk dünyasının quru nəqliyyatı ilə birləşməsinə də imkan yaradacaq. Bu səbəbdən də Zəngəzur dəhlizi türk dünyasının birləşməsində də əhəmiyyətli rola malikdir. Orta Dəhlizin səmərəliliyinin artması ilə Xəzər dənizində Azərbaycanla həyata keçirilə biləcək layihələr, o cümlədən Naxçıvan və Rusiya ilə nəqliyyat, enerji əməkdaşlığı sahəsində Türkiyənin regiondakı strateji mövqeyinin əhəmiyyəti artacaq. Zəngəzur dəhlizinin açılması ilə Orta Dəhlizin dəmir yolu və avtomobil yolu ilə yükdaşıma qabiliyyəti artacaq ki, bu da Şərq-Qərb ticarətinin artmasına müsbət töhfə verəcək”.

“Azərbaycan dünya ticarətinin mərkəzinə çevriləcək”

Deputat həmçinin deyib ki, bu dəhliz vasitəsilə Avropadan gələn mal və sərnişinlər şərq ölkələrinə çatdırılacaq: “Beləliklə, Azərbaycan yeni logistik məkan kimi dünya ticarəti və iqtisadiyyatının mərkəzinə çevriləcək. Təbii ki, Zəngəzur dəhlizinin açılması Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımalarını da sürətləndirəcək. Azərbaycanda böyük Şərq-Qərb və Şimal-Cənub beynəlxalq dəhlizləri kəsişir. Zəngəzur dəhlizinin mövcudluğu Cənubi Qafqazda regional əməkdaşlığa və iqtisadi inkişafa transformativ təsir göstərməyə qadirdir”.

M.Cəfərovun bildirdiyinə görə, bu dəhlizin açılması regionda uzun müddətdir davam edən gərginliyi potensial olaraq yumşaldaraq yeni əlaqə və əməkdaşlıq dövrünün simvolu olacaq: “Dəhlizin inkişafı təkcə Azərbaycan və Ermənistan üçün əhəmiyyətli deyil, həm də beynəlxalq ticarət və geosiyasi uyğunlaşmalar üçün daha geniş təsirlərə malikdir”.

Strateji önəm

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, Zəngəzur dəhlizi həm regional, həm də qlobal iqtisadi-siyasi sistem üçün strateji önəm daşıyır: “Bu dəhliz Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas hissəsi ilə birləşdirən, eyni zamanda, Türkiyəni birbaşa Mərkəzi Asiya ilə bağlayan nəqliyyat və logistika marşrutudur. Dəhlizin açılması ilə Bakı-Naxçıvan-Qars xətti tam quru bağlantısına çevriləcək, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında fasiləsiz ticarət xətti formalaşacaq, Qafqaz regionu Şərq–Qərb və Şimal–Cənub nəqliyyat arteriyalarının kəsişmə nöqtəsinə çevriləcək”.

“Ticarət dövriyyəsi artacaq”

O əlavə edib ki, Zəngəzur dəhlizi yalnız Azərbaycan üçün deyil, Türkiyə, Gürcüstan, Orta Asiya ölkələri və hətta Avropa üçün mühüm iqtisadi imkanlar yaradır: “Ticarət dövriyyəsi artacaq: Türkiyə–Azərbaycan–Mərkəzi Asiya xətti üzrə malların daşınma məsafəsi və vaxtı azalacaq. Alternativ enerji və logistika marşrutu: Bu, Rusiya və İran üzərindən keçən ənənəvi xətlərin alternativi olacaq. İnvestisiya axını: Naxçıvan və Zəngilan bölgələrində logistika mərkəzləri, sənaye zonaları və gömrük infrastrukturunun formalaşması yeni iqtisadi dinamika yaradacaq. Zəngəzur dəhlizi Türk dünyasının birləşdirici elementi kimi qəbul olunur. Bu TDT-nin praktik inteqrasiyasını gücləndirəcək, Azərbaycan–Türkiyə hərbi-siyasi əməkdaşlığını strateji səviyyədə möhkəmləndirəcək, regionda sülh və sabitlik üçün qarşılıqlı asılılıq mühiti yaradacaq”.

“Yeni bir türk yüksəlişi” başlaya bilər”

A.Nəsirlinin sözlərinə görə, hazırda Azərbaycan tərəfi Zəngilan istiqamətində avtomobil və dəmir yolu infrastrukturunu sürətlə tamamlayır, Naxçıvanda logistika və sərhəd keçid məntəqələrinin yenilənməsi prosesi gedir, Türkiyə bu layihəni “Orta Dəhliz” (Middle Corridor) təşəbbüsü ilə birləşdirərək Çin–Avropa ticarət xəttinə inteqrasiya etməyi planlaşdırır: “Ermənistanın prosesə yanaşması isə hələlik qeyri-müəyyəndir, lakin regional və beynəlxalq təzyiqlər nəticəsində bu dəhlizin müəyyən mərhələdə açılacağı ehtimalı güclənir. Zəngəzur dəhlizi təkcə bir yol deyil — bu, Türk dünyasının iqtisadi birliyinin və geosiyasi təsirinin real təməlidir. Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünün qeyd etdiyi kimi yaxın 10 ildə bu xətt üzərində ticarət, sənaye, enerji və mədəni inteqrasiya baxımından yeni bir “Türk yüksəlişi” başlaya bilər”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 06 Noyabr 2025 00:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see344

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see337

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see336

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see285

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see273

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see266

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see263

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see263

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see236

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see233

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see225

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see222

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see218

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see217

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see214

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see206

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see198

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see192

Evinin sökülməməsi üçün altından yol çəkdi

19 Noyabr 2026 01:37see173

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri