Icma.az
close
up
RU
Zəngəzur dəhlizi üçün son düyməyə BASILIB

Zəngəzur dəhlizi üçün son düyməyə BASILIB

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Artıq Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı prinsipial razılaşma əldə olunub”. 

Bu sözləri politoloq Oqtay Qasımov “Cümhuriyət”-ə açıqlamasında deyib. O bildirib ki, indi Ermənistan ərazisində bununla bağlı müvafiq işlər aparılmalıdır: 

“Konkret olaraq, ilkin mərhələdə Ermənistanda dəmiryolunun tikintisi həyata keçirilməlidir. Söhbət 42 kilometrlik ərazidən gedir. ABŞ də bu layihə üçün 145 milyon dollar vəsait ayırıb. Lakin Ermənistanın 1 il ərzində bu tikintini başa çatdırması sual altındadır. 

Ona görə də Zəngəzur dəhlizinin gələn il açılma ehtimallarını aşağı dəyərləndirirəm. Nəzərə almaq lazımdır ki, ərazi mürəkkəb relyefə malikdir. Orada işlərin sürətli şəkildə aparılması üçün çox ciddi şəkildə çalışmaq lazımdır”. 

Politoloq xatırladıb ki, gələn il Ermənistanda parlament seçkiləri də keçiriləcək: 

“Düzdür, Paşinyan hakimiyyəti Zəngəzur dəhlizinin açılması istiqamətində müəyyən addımlar atacaq. Lakin seçkilərin olduğu bir ildə bu işlərin yekunlaşma ehtimalı zəifdir”. 

Lakin həmsöhbətimiz qeyd edib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında quru əlaqəsinin bərpa olunması 2026-cı ilə təsadüf edə bilər: 

“Bu ehtimal çox yüksəkdir. Çünki Zəngəzur dəhlizi ilə paralel Araz yolu layihəsini həyata keçiririk. Yəni İran ərazisindən keçən Kəlalə-Ağbənd körpüsü və sərhəd terminalı layihəsinin tamamlanması, eləcə də Kəlalə-Culfa yolunun genişləndirilməsindən söhbət gedir. Orada aparılan sürətli işlər sayəsində artıq körpünün tikintisi yekunlaşmaq üzrədir. 

İran hissəsindən keçən hissəni tamamlamaq kifayət qədər realdır və rəsmi Tehran da bunda maraqlıdır. Düzdür, Zəngəzur dəhlizinin də gələn il açılmasını çox arzulayırıq, amma Ermənistanın bunu çatdırması çətin görünür. Azərbaycan tərəfdə isə həmin yolun tikinti işlərinin 95 faizi yekunlaşıb”. 

Həmsöhbətimiz Zəngəzur dəhlizinin nə zaman açıla biləcəyindən də danışıb: 

“Rəsmi İrəvan tərəfindən Zəngəzur dəhlizi ilə bağlı işlər ən qısa zamanda başlasa, 2026-cı ilin sonu və ya 2027-ci ilin birinci rübündə bunu yekunlaşdırmaq olar. Bu, Ermənistanın iradəsinə bağlı olan məsələdir. Əlbəttə ki, İrəvan hakimiyyəti və ABŞ şirkəti istəsələr, bu işi sürətlə həyata keçirə bilərlər. Hesab edirəm ki, Zəngəzur dəhlizinin açılmasına 1,5 il bəs edər”. 

Oqtay Qasımov hesab edir ki, İran və ya Rusiya da Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmayacaq: 

“Rusiya və İranın Zəngəzur dəhlizinin açılmasına əngəl olmaq istədiklərinə dair iddialar yayılsa da, çox inandırıcı deyil. Əslində, İran yeni reallıqlarla razılaşıb. Üstəlik, İran öz ərazisindən keçəcək Araz yolundan da kifayət qədər faydalanacaq. 

Əslində, Tehran hakimiyyətindən Zəngəzur dəhlizi əleyhinə açıqlama verilməyib. Hansısa mollanı və ya SEPAH generalını deyil, rəsmi şəxsləri nəzərdə tuturam. Prinsipcə, İran da Zəngəzur dəhlizinin əleyhinə olmadığını bəyan edir. 

Rusiyanın da bu dəhlizə qarşı çıxacağını zənn etmirəm. Ən problemli məsələ Meğri ərazisində Rusiyanın sərhəd qoşunlarının olmasıdır. Ancaq bu məsələnin də öz həllini tapacağını düşünürəm. Kremlin bu dəhlizə çox ciddi şəkildə müdaxilə edəcəyini və ya onu pozacağını düşünmürəm. 

Çünki beynəlxalq razılaşma var. Rusiya sadəcə dəhlizə nəzarətin bir hissəsinin özündə olmasını istəyir, ona da nail ola bilmir. Halbuki, rəsmi Moskvada sözügedən dəhlizin açılmasına qarşı deyil”. 

Elmir Mustafa
"Cebheinfo.az" 

Açar sözlər: Zəngəzur dəhlizi Oqtay Qasımov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Sentyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see355

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see342

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see329

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see323

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see315

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see305

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see296

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see292

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see264

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see249

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see242

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see229

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see225

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see209

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see200

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see198

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see194

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri