Icma.az
close
up
RU
Zəngəzur dəhlizi və Türkiyənin logistik strategiyası

Zəngəzur dəhlizi və Türkiyənin logistik strategiyası

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Türkiyənin ticarət naziri Ömər Bolat yerli “Analiz” qəzetinə müsahibəsində ölkəsinin ticarət və logistika sahəsində strateji prioritetlərindən danışıb. O, Zəngəzur dəhlizi marşrutuna xüsusi toxunub. Nazir qeyd edib ki, Türkiyə özünün üç qitənin qovşağında yerləşən logistika körpüsü rolunu təkcə coğrafi üstünlük kimi görmür, həm də onu qlobal iqtisadi üstünlüyə çevirir. “Bu təkcə strateji bir arzu deyil, həm də ticarət zərurətidir”, – deyə o, əlavə edib.

Bəli, türkiyəli nazirin Zəngəzur dəhlizi ilə bağlı açıqlaması ölkənin yalnız regional oyunçu olmaqla kifayətlənməyəcəyini, eyni zamanda, qlobal tranzit sistemində aktiv iştirakçı kimi çıxış etmək niyyətini vurğulayır. Bu çərçivədə dəhliz məntiqi siyasi və iqtisadi mənafeləri dəstəkləyən strateji rıçaq rolunu oynayır. Onu da düşünək ki, layihə Ankara üçün yalnız nəqliyyat və logistika infrastrukturunu inkişaf etdirmək deyil, həm də türk dünyası ilə inteqrasiyanı gücləndirmək məqsədi daşıyan vasitədir. Bu dəhliz vasitəsilə Türkiyə Mərkəzi Asiya və Türk dünyası ilə birbaşa quru əlaqəsi qurmaq arzusunu konkret əməli addıma çevirir.

Hazırda Türkiyənin Mərkəzi Asiyaya Gürcüstan üzərindən çıxışı 950 kilometr təşkil edir. Zəngəzur dəhlizi istifadəyə verilərsə, bu məsafə 400 kilometrə qədər, tranzit müddəti isə 5–7 gün qısalacaq və daşınma xərcləri 15–20 faiz azalacaq. Deməli, rəqəmlər Türkiyənin regional ticarət mərkəzinə çevrilməsi strategiyasının həm iqtisadi, həm də logistika baxımından nə qədər səmərəli olduğunu göstərir.

Nazirin açıqlamalarına görə, dəhliz Türk Dövlətləri Təşkilatı (TDT) daxilində ticarət əlaqələrinin dərinləşməsinə və iqtisadi inteqrasiyanın güclənməsinə şərait yaradacaq. Statistik məlumatlar da bunu təsdiqləyir: 2020–2024-cü illərdə Türkiyə ilə türk dövlətləri arasında ümumi ticarət dövriyyəsi 62,6 milyard ABŞ dolları olub; bu dövrdə Türkiyənin ixracı 36,6 milyard, idxalı isə 26 milyard dollar təşkil edib. Ən böyük ticarət dövriyyəsi isə Azərbaycanla – 18,1 milyard dollardır. Azərbaycanla əməkdaşlıq enerji və infrastruktur sahələrinə əsaslanır və TANAP, Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum magistralları ilə Zəngəzur dəhlizi birləşərək enerji və strateji məhsulların daşınmasını optimallaşdırır. Bu, regional enerji bazarında rəqabət qabiliyyətini artırır və idxal-ixrac əməliyyatlarını sürətləndirir.

Zəngəzur dəhlizi, həmçinin digər türk dövlətləri üçün də strateji əhəmiyyət kəsb edir. Son beş ildə Türkiyədən Qazaxıstana ixrac 10,1 milyard, idxal 13,2 milyard dollar, Özbəkistanla ticarət dövriyyəsi 15,8 milyard, Qırğızıstanla isə 5,4 milyard dollar təşkil edib. Dəhlizin istifadəyə verilməsi ilə bu həcmlərin illik orta hesabla 10–15 faiz artması proqnozlaşdırılır. Beş il ərzində Qazaxıstanla ticarət dövriyyəsi 15–16, Özbəkistanla 20, Qırğızıstanla isə 6–6,5 milyard dollara çatdırıla bilər. Bu göstəricilər türk dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşməsi və regional ticarətin sürətləndirilməsi baxımından böyük strateji əhəmiyyətə malikdir.

Dəhlizin iqtisadi və siyasi əhəmiyyəti bununla da bitmir. Türkiyənin Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Azərbaycanla daha sıx inteqrasiyası, eyni zamanda, Avropa və Asiya bazarlarına daha sürətli çıxış əldə etməsi mümkün olacaq. Bu da Türkiyənin qlobal logistika və ticarət xəritəsində güclü mövqe tutmasına şərait yaradacaq. Bundan əlavə, layihə regional sabitliyi və iqtisadi əməkdaşlığı da təşviq edəcək, enerji və yükdaşımalarında rəqabət qabiliyyətini artıraraq bütün region üçün iqtisadi səmərəliliyi yüksəldəcək.

Ümumilikdə, Zəngəzur dəhlizi Türkiyənin ticarət və logistika strategiyasının mərkəzi elementi olaraq, həm iqtisadi, həm siyasi, həm də geosiyasi baxımdan böyük önəm daşıyır. Layihə Türkiyənin regional və qlobal tranzit şəbəkəsindəki mövqeyini gücləndirir, Türk dünyası ilə əlaqələri dərinləşdirir və regional ticarət əlaqələrini şaxələndirir.

Onu da qeyd edək ki, Mərkəzi Asiya ölkələri də Zəngəzur dəhlizinin tezliklə istifadəyə verilməsində maraqlıdırlar. Onlar dəhlizin yaradılmasını tam dəstəkləyir və onu regionun nəqliyyat-logistika xəritəsini dəyişdirmək gücündə olan əsas infrastruktur layihələrindən biri kimi görürlər. Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının deputatı Bobur Bekmurodovun da qeyd etdiyi kimi, Türk dünyası daxilində yük axınlarının artması və əlaqələrin genişlənməsi ilə yeni, daha etibarlı və proqnozlaşdırıla bilən marşrutların yaradılması önəmlidir: “Zəngəzur dəhlizinin açılması bütün Türk dünyası üçün mühüm tarixi hadisə olacaq. Bu marşrut Orta Dəhlizin əsas həlqəsinə çevriləcək və xalqlarımıza fayda gətirəcək. Layihə Türk ölkələri məkanında inteqrasiyanın yeni mərhələsi olacaq”.

O, həmçinin vurğulayıb ki, Özbəkistan dəhlizi TDT daxilində iqtisadi və siyasi əməkdaşlığın dərinləşməsi prosesinin bir hissəsi kimi görür, bu isə gələcəkdə regionun dayanıqlılığını gücləndirməyə, ticarətin inkişafını sürətləndirməyə və Türk dövlətlərinin vahid nəqliyyat qovşağı kimi cəlbediciliyini artırmağa imkan verəcək.

Beləliklə, Zəngəzur dəhlizi Türkiyənin regional və qlobal strategiyasında bir neçə mühüm funksiyanı yerinə yetirir: tranzit və logistika mərkəzi kimi rol, enerji və kommunikasiya infrastrukturunun inteqrasiyası, Türk dövlətləri arasında iqtisadi inteqrasiyanın sürətlənməsi və uzunmüddətli regional sabitlik üçün baza təminatı. Proqnozlaşdırılan beşillik ticarət artımı, xərclərin azalması və tranzit imkanlarının genişlənməsi Türkiyənin həm iqtisadi, həm də geosiyasi mövqeyini xeyli gücləndirəcək, Ankara üçün strateji üstünlükləri konkret rəqəmlər təsdiqləyir.

Pünhan ƏFƏNDİYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Noyabr 2025 00:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri