Icma.az
close
up
RU
Zəngəzur dəhlizindən şəxsi avtomobilimizlə keçə biləcəyik

Zəngəzur dəhlizindən şəxsi avtomobilimizlə keçə biləcəyik

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avqustun 8-də Azərbaycan, Ermənistan və ABŞ rəhbərləri cümə axşamı Vaşinqtonda keçirilən sammitdə uzun müddətdir müzakirə olunan sülh sazişini paraflayıb və Zəngəzur dəhlizinin açılması barədə razılığa gəliblər.

“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlanan dəhlizin 42 kilometrlik Ermənistan ərazisinə düşən hissəsinə 99 il ərzində ABŞ (şirkəti) nəzarət edəcək.

Dəhlizin hüquqi rejimi tam məlum deyil, hələlik sazişin detalları açıqlanmayıb. Amma Azərbaycan vətəndaşlarının Zəngəzur dəhlizindən maneəsiz keçəcəyi bildirilir. Bir müddət əvvəl Ermənistan XİN başçısı Ararat Mirzoyan Azərbaycana məxsus yük və sərnişin avtomobillərinin Ermənistan ərazisindəki hərəkətinin gömrük nəzarətinə cəlb olunub-olunmayacağı ilə bağlı suala birbaşa cavab verməyib. O, yayımlanmış sənədə və baş nazir Nikol Paşinyanın açıqlamalarına istinad edərək, qarşılıqlı istifadə mexanizmini izah edib.

Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib ki, Zəngəzur dəhlizi vasitəsi ilə şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin manesiz gediş-gəlişinin təmin olunması əvvəlcədən şərt kimi qoyulub:

“Bu şərt Ermənistan tərəfindən qəbul olunub. Sadəcə olaraq, Ermənistan bəzi məsələlərdə, xüsusilə yurisdiksiya məsələlərində təkid edir. Ermənistan tərəfinin yurisdiksiyasının icrası deyəndə hansı məqamları nəzərdə tutur, bu məqamlara aydınlıq gətirmək lazımdır. Amma Azərbaycan tərəfinin tələbi birmənalıdır və prinsipialdır. Ermənistanın sərhəd və gömrük məsələlərindən məsul dövlət orqanları ilə təmas olmadan vətəndaşlarımızın, yüklərimizin və nəqliyyat vasitələrinin manesiz və təhlükəsiz şəkildə gediş-gəlişi təmin edilməlidir".

Deputat vurğulayıb ki, nəqliyyat vasitəsi dedikdə, burada şəxsi nəqliyyat vasitələri ilə, yük avtomobili arasında heç bir fərq qoyulmur:

“Azərbaycan Respublikası vətəndaşlarının, ökəmizdə yaşamaq və işləmək icazəsi olan şəxslərin Azərbaycanın bir hissəsindən digərinə-Naxçıvan bölgəsinə öz şəxsi avtomobili və ya digər nəqliyyat vasitəsi ilə gediş-gəlişinin təmin edilməsi də həmin tənzimləmələr içərisində öz əksini tapacaq".

Zəngəzur dəhlizinin açılması Azərbaycanın geosiyasi mövqeyini gücləndirəcək, Naxçıvanla quru əlaqəsini bərpa etməklə ölkənin iqtisadi və sosial inteqrasiyasını artıracaq. Dəhliz həm də Türkiyə ilə birbaşa yol bağlantısını təmin etməklə türk dünyasının nəqliyyat xəritəsində strateji əhəmiyyət kəsb edəcək. Mütəxəssislərin fikrincə, bu layihə bölgədə yeni logistik imkanlar yaradacaq və Orta Asiyadan Avropaya uzanan tranzit marşrutlarının güclənməsinə töhfə verəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Sentyabr 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see371

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see260

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see223

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see202

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see189

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see183

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see174

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see164

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see161

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see160

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see159

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see154

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see149

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see148

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see148

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see148

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see146

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see146

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see144

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri