Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət başlayır: ABŞ, yoxsa Rusiya?
Sitat.info portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Ermənistan Zəngəzur dəhlizinə nəzarəti ABŞ şirkətinin nəzarətinə verməkdə maraqlıdır. Zəngəzurda üçüncü ölkənin olması Azərbaycanın maraqlarına uyğun deyil. Azərbaycan və Ermənistan ikitərəfli şəkildə Zəngəzur dəhlizində təhlükəsizliyi təmin edə biləcək siyasi iradəyə malikdir"
Bu sözləri Sitat.info-ya politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, ilk aylar neytral bir ölkə-İsveçrənin təhlükəsizlik şirkəti bunu edə bilər: "ABŞ beynəlxalq nəqliyyat yollarına nəzarət etməyə çalışır. Bir tərəfdən də Rusiya Zəngəzur dəhlizi istiqamətində İranla sərhəddə təhlükəsizliyi təmin etmək üçün hərbiçilərini göndərə bilər.
Məhz ABŞ Azərbaycan və Ermənistanla sülh müqaviləsinin tez bir zamanda bağlanmasında ona görə maraqlıdır ki, Zəngəzur dəhlizinə nəzarət etsin. Zəngəzur dəhlizi Ermənistanın ərazisidir. Rusiya Ermənistan hakimiyyətinə ciddi təzyiqlər edə bilər. Rusiya Ermənistandakı 102-ci bazasına hərbiçilər gətirir. Zəngəzur dəhlizinə nəzarət etmək uğrunda geosiyasi rəqabət başlayır.
Azərbaycan və Ermənistan Zəngəzur dəhlizini ikitərəfli şəkildə üçüncü ölkə olmadan aça bilər".
Seymur,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 15 İyul 2025 09:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















