Icma.az
close
up
RU
Zəngəzur dəhlizinin açılmasına ən çox mane olan bu ölkədir Fəzail Ağamalı

Zəngəzur dəhlizinin açılmasına ən çox mane olan bu ölkədir Fəzail Ağamalı

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransa Rusiyanı sıxışdıraraq, Cənubi Qafqazda möhkəmlənməyə çalışır, lakin bu, real deyil.
Bunu Demokrat.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib. O bildirib ki, Fransa uzun müddətdir ki, Ermənistanı himayə edir. 
“44 günlük müharibə dövründə və ondan sonra Fransa prezidenti E. Makron bütün səviyyələrdə Ermənistanın yanında idi. Hətta Azərbaycanın torpaqlarını işğaldan azad etmək kimi beynəlxalq hüquq normalarına söykənən haqqını həyata keçirən zaman Fransa rahat durmurdu.  Artıq Fransa dünyada təkcə Ermənistanın himayədarı kimi yox, ən yaxın silah yardımçısı kimi tanınır. Təkcə özü yox, yaxın olduğu Yunanıstan, Hindistan kimi ölkələri də bu prosesə cəlb edir”.
Fəzail Ağamalı Fransanın Cənubi Qafqaza dair məqsədlərindən danışarkən qeyd edib: 
“Fransanın iki məqsədi var. Birincisi, Ermənistan vasitəsi ilə Cənubi Qafqazda möhkəmlənmək, Ermənistan vasitəsi ilə dövlət maraqlarını həyata keçirmək və Rusiyanı sıxışdırıb bölgədən çıxarmaq. Fransa anlayır ki, Rusiya olduğu müddətcə regionda mövqe tuta bilməyəcəklər. 
Hazırda Fransa Zəngəzur dəhlizinin açılmasına ən çox mane olan dövlətlərdəndir, bəlkə də birincisidir. Elə bir vəziyyət yaratmaq istəyir ki, Zəngəzur dəhlizində söz sahibi olsun, dəhlizə nəzarət edə bilsin. Əlbəttə, Rusiya buna imkan verən deyil. Bu, Azərbaycanın da dövlət maraqlarına uyğun deyil. Azərbaycan hər hansı üçüncü ölkənin - Rusiyanın, İranın da burada mövqe tutmasını arzulamır. Mənə elə gəlir ki, Fransa nə qədər çalışsa da, Cənubi Qafqazda mövqe tutması real deyil”.
Cavidan Mirzəzadə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 İyun 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri