Icma.az
close
up
RU
Zəngəzur dəhlizinin əhəmiyyəti yalnız iqtisadi deyil,... ŞƏRH EDİLDİ

Zəngəzur dəhlizinin əhəmiyyəti yalnız iqtisadi deyil,... ŞƏRH EDİLDİ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Zəngəzur dəhlizi regional geosiyasi balanslara ciddi təsir göstərir. Əvvəlcə qeyd edək ki, artıq Cənubi Qafqazda Zəngəzur dəhlizi ilə bağlı yeni geosiyasi reallıq yaranıb. 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsi və sonrakı antiterror əməliyyatı Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaradıb. Bu, Zəngəzur dəhlizinin açılması ilə bağlı beynəlxalq güc mərkəzlərinin mövqeyini dəyişdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Cəbrayılov deyib.

Onun sözlərinə görə, əvvəllər bu dəhlizi “qırmızı xətt” sayan bəzi dairələr artıq onu təhlükə kimi görmür. Bu isə göstərir ki, əvvəllər təhlükə kimi təqdim edilən məsələlər əslində bəhanə idi:

"10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndində qeyd olunur ki, regionda bütün iqtisadi və nəqliyyat əlaqələri açılmalı və təhlükəsiz daşımalar təmin olunmalıdır. Avqust ayında Azərbaycanla ABŞ arasında imzalanmış strateji sənədlər, eləcə də Ermənistan, Azərbaycan və ABŞ arasında bağlanan üçtərəfli bəyanat və orada göstərilən “Tranzit marşrutu”nun dəstəklənməsi bu yeni reallığın beynəlxalq səviyyədə təsdiqi deməkdir. Daimi və qısa yol əlaqəsi: Azərbaycanın Naxçıvanla davamlı, daha ucuz və daha qısa bir quru əlaqəsi yaranır. Bu, artıq texniki olaraq işlək imkan deməkdir və ölkənin suveren əraziləri arasında birbaşa bağlantı təmin olunur. Hazırda dünyada geosiyasi tektonik dəyişikliklər baş verir, yeni güc mərkəzləri formalaşır. Zəngəzur dəhlizi isə Avroatlantik və Avrasiya geosiyasi platformaları arasında yerləşən dinamik və strateji bir ərazidir. Bu da bölgəni regional və qlobal güc mərkəzləri üçün daha da önəmli edir. ABŞ-ın bu prosesdə aktiv iştirakı, onun Cənubi Qafqazda, xüsusilə də Zəngəzur dəhlizində rol alması regiondakı geosiyasi qeyri-müəyyənliklərin azalmasına gətirib çıxarır. Artıq bəzi regional qüvvələr anlayır ki, onların qarşısında yalnız Azərbaycan deyil, eyni zamanda ABŞ kimi qlobal güc var.

Bu dəhlizin açılması yalnız regional deyil, qlobal iqtisadi və nəqliyyat əlaqələrinin inkişafına da xidmət edir. Azərbaycan bu məsələdə həm ABŞ, həm də Çin ilə strateji müttəfiqlik çərçivəsində paralel şəkildə əməkdaşlıq edir. Bu, dünyada rəqabətdə olan iki böyük gücün – ABŞ və Çinin – Cənubi Qafqazda bir növ yaxınlaşmasına, maraqlarının uzlaşdırılmasına şərait yaradır.

Zəngəzur dəhlizinin açılması regional geosiyasi balanslara müsbət təsir göstərəcək. ABŞ, Avroatlantik məkan və Türkiyənin maraqları Azərbaycan vasitəsilə Cənubi Qafqazda təmsil olunacaq. Bu da bölgənin sabitliyi və inkişafı baxımından çox ciddi perspektivlər vəd edir. Bu dəhliz Azərbaycan üçün mühüm iqtisadi gəlirlər və layihə üstünlükləri vəd edir. Xüsusilə nəqliyyat və logistika sahəsində gəlirlər artır.

Azərbaycanın əsas prioritetlərindən biri olan kommunikasiya yollarının şaxələndirilməsi bu dəhliz vasitəsilə daha da genişlənir. Bu, təkcə neft sektoru deyil, qeyri-neft sektorunda da ixracın şaxələndirilməsinə və regional bazarlara çıxışın sürətlənməsinə şərait yaradır. Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməklə, strateji mövqeyini daha da möhkəmləndirir. Zəngəzur dəhlizi Azərbaycanın Türk Dövlətləri Təşkilatı və türk dünyası ilə birbaşa quru əlaqəsinin yaranmasına imkan yaradır. Orta Asiya ilə Türkiyə arasında birləşdirici rol oynayır.

Azərbaycan-Çin strateji tərəfdaşlığı çərçivəsində dəhlizlə daşınan yüklər üçün yeni alternativ yol formalaşır. Bakı-Tbilisi-Qars dəmir yolu ilə hədəf olunan daşımaları tam təmin etmək mümkün olmadığından, Zəngəzur dəhlizi bu boşluğu doldurur. Nəticə olaraq, Zəngəzur dəhlizinin əhəmiyyəti yalnız iqtisadi deyil, həm də geosiyasi, geo-iqtisadi və strateji aspektlər baxımından Azərbaycan üçün çox böyük üstünlüklər yaradır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Oktyabr 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see186

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see185

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see185

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see180

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see174

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see146

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see144

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see144

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see133

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri