Zəngəzur dəhlizinin realizəsini ləngitmək qlobal birliklə üz üzə gəlməkdir Bəhruz Məhərrəmov
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Azərbaycanın hərbi-siyasi zəfərləri nəticəsində yaranan yeni geosiyasi reallığın ən mühüm nətəcilərindən biri heç şübhəsiz ki, Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi coğrafiyada əməkdaşlıq mühiti üçün geniş imkanların açılmasıdır. Bu mənada dövlət başçımız yerli televiziyalara artıq ənənə halı almış müsahibəsində regional kommunikasiya xətlərinin açılmasına xüsusi diqqət vermiş, Azərbaycanın sülh təşəbbüslərinin nəticəsi kimi açılacaq yolların, o cümlədən Zəngəzur dəhlizinin qlobal əhəmiyyətə malik olmasını əsaslandırmışdı".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirdi.
Deputatın sözlərinə görə, Zəngəzur dəhlizi yalnız Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirmir, bu xətt eyni zamanda şimal-cənub və şərq-qərb arasında ən etibarlı və ən təhlükəsiz əlaqəni təmin edəcək infrastruktur layihəsi olmaqla bərabər həm də Orta Dəhlizin vacib seqmenti kimi çıxış etməkdədir:
"Qütblərarası ziddiyyətlərin dərinləşməsi və ayrıcı xətlərin daha aydın formada görünməsi fonunda cənab İlham Əliyevin Cənubi Qafqaz kimi mürəkkəb bölgədə siyasi, iqtisadi maraqları uzlaşdırmasının bölgəyə marağı artırması fonunda əslində Azərbaycan Prezidentinin layihəsi olan Zəngəzur dəhlizinin önəmi hər ötən gün artmaqdadır. Xüsusən Vaşinqton razılaşmalarından sonra Aİ-nin qeyri-praqmatik davranışlardan geri çəkilməsi, o cümlədən İranın yeni hakimiyyətinin bu prosesdə daha adekvat davranmağa başlaması fonunda artıq demək olar ki, Zəngəzur dəhlizinin realizəsi qarşısında heç bir maneə qalmayıb və Ermənistanın Baş nazirinin özünün də ifadə etdiyi kimi gələn ilin ikinci yarsından etibarən İrəvan layihənin texniki əsaslandırma hissəsini də realizə edəcək".
Millət vəkili qeyd etdi ki, region dövlətlərinin siyasi razılığına nail olmaq, ciddi uğurdur, lakin daha böyük uğur İlham Əliyevin Zəngəzur dəhlizini bütün istiqamətlərdə əlaqələri dərinləşdirəcək infrastruktura çevirməsi və regionun bütün dövlətlərinin iqtisadi cəhətdən maraqlı tərəfə çevirməsidir:
"Bu isə o deməkdir ki, Zəngəzur dəhlizinin realizəsini ləngitmək qlobal birliklə üz-üzə gəlməkdir".
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 07 Yanvar 2026 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















