Icma.az
close
up
RU
Zəngəzur və Göyçə de yure Azərbaycan torpaqlarıdır

Zəngəzur və Göyçə de yure Azərbaycan torpaqlarıdır

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Bu gün AXC nin Sovet imperiyası tərəfindən işğalının 105 ci ildönümüdür. 1920 ci il Azərbaycan milli höküməti devrildikdən sonra Moskvanın göstərişi ilə ərazilərimizin Ermənistana peşkəş verilməsi üçün planlar işlənməyə başladı. 1920 ci ilin avqustundan etibarən ərazilərimizin hissə hissə itirilməsinə Şərur Dərələyəzin Ermənistana verilməsi ilə başlanğıc qoyuldu. 1921 ci ilin yayı Zəngəzurun qərb - yuxarı hissəsi də itirildi, ardınca 1920 ci illərdə Zəngəzur və Göyçə, Qazaxın, Naxçıvanın bir sıra kəndləri də eyni aqibəti yaşadı. AXC nin 97,3 min kv km lik ərazisindən 1930 cu illərdə artıq 86,6 min kv km ərazi Azərbaycan SSR nin tərkibində qalmışdı.
Bu isə beynəlxalq hüquqlara zidd ən ciddi qanun pozuntusu sayılırdı.
Nəzərə alsaq ki, Azərbaycan müstəqilliyini itirmiş və başqa ölkənin diktəsi ilə əraziləri digər ölkəyə özünün iradəsinə zidd birləşdirilib deyə bu gün Bakının beynəlxalq aləmdə bu ərazilərə iddiası qanuni və tam beynəlxalq hüquqi əsaslıdır.
Üstəlik, 1948 1953 və 1988 1991 ci illərdə Qərbi Azərbaycandan yüz minlərlə azərbaycanlının öz ata baba yurdlarından deportasiya edilməsi də digər beynəlxalq cinayət sayılır.

BMT və digər beynəlxalq təşkilatlar deportasiya edilmiş əhalinin yenidən yurdlarına qayıtması, tamhüquqlu vətəndaş və bütün hüquqları tanınan şəxslər kimi Ermənistanda yaşamasını təmin etməlidirlər.
Bu gün, Azərbaycana qarşı revanşist ritorika ilə çıxış edən Ermənistandakı bir sıra qüvvələrin məqsədi yenidən güclənmək, yeni hərbi siyasi dayaqlar tapmaq və yaxın gələcəkdə Ölkəmizə qarşı təxribatlar törədib beynəlxalq sanksiyaların hədəfinə çevirmək və Qarabağı yenidən işğal etməkdir.
Ölkəmizin regionda güclənməsi və Türkiyə öncə olmaqla Turan Ölkələri ilə yaxınlaşması Rusiya, Fransa, ABŞ və digər regionda maraqları olan Ölkələrin planlarına mane törədir deyə İrəvan amilindən istifadə edərək Azərbaycan kimi güc mərkəzini zəiflətmək ardınca bölgədə müharibə və humanitar çətinliklər var deyə bəhanəsi ilə hərbi baza və qüvvələri yerləşdirmək beləcə qeyri sabit vəziyyətə düşmüş Cənubi Qafqazın “sülh və əmin-amanlıq yaradan “ dəstəkçisi olmaq istəyirlər.
Azərbaycanın Zəngəzur dəhlizinə olan haqlı tələbi 10 noyabr 2020 ci il 3 tərəfli imzalanmış sülh müqaviləsinin şərtlərinə əsaslanmış və hüquqi əhəmiyyət daşıyan məsələ idi, fəqət, bu istək təmin edilmədi və hələ də, dəhlizdən istifadə qeyri mümkün haldadır.
Bu dəhlizdən istifadə ilə Türkiyə və Azərbaycan arasında quru əlaqəsi bərpa ediləcək, bu da çox güc mərkəzlərini narahat edəcək, axı vaxtilə bu ərazilər Türkiyə ilə ölkəmizin quru əlaqəsini kəsmək üçün Ermənistana verilmişdir.
Azərbaycana qarşı təxribatların ən çox törədildiyi Ermənistan hərbi mövqelərinin yerləşdiyi yerlərdən biri də məhz Zəngəzur və Dərələyəzdir. Vaxtilə Bizə məxsus olan və indi də əsaslı şəkildə hüquqi Azərbaycan torpaqları olan bu yerlərin həmin təxribatçılardan təmizlənməsi və bufer zona olaraq nəzarətimizə keçməsi də qanuni cəhətdən haqqımız sayılır.
Ermənistanın NATO-ya qoşulub gələcəkdə Azərbaycana qarşı arxasında beynəlxalq güclərin dayandığı şəkildə növbəti təxribatlar hazırlamaq istəməsi və Qarabağ başda olmaqla digər ərazilərə iddialar planlaması sirr deyil.
1905 ci ildə ilk dəfə açıq və kütləvi şəkildə başlayan Türk müsəlman əhaliyə qarşı qətliamların məqsədi Naxçıvan, Qarabağ, İrəvan, Zəngəzur və digər ərazilərdə etnik təmizləmə aparıb erməni əhali xeyrinə demoqrafik vəziyyət yaratmaq, böyük Ermənistanı formalaşdırmaq məqsədi daşıyırdı. Bu siyasət 1915 ci ildə Şərqi Anadoluda Osmanlı dövlətini çökdürmək üçün yerli türk əhaliyə qarşı qırğınlar törədilməsi ilə davam etdirilmişdir. Osmanlı höküməti bunların qarşısını almaq üçün erməni əhalini indiki Livan, Suriya kimi ərazilərə yerləşdirmişdi
Qətliamlar törədənləri isə hüquqi cəhətdən cəzalandırmışdır. Həmin qatilləri isə Ermənistan və ona himayədarlıq edən Fransa, Rusiya, ABŞ və digər ölkələr soyqırımı kimi dünyaya bəyan edir.
Azərbaycan və Türkiyə xalqına qarşı törədilən qətliamlar isə səssiz şəkildə qarşılanır.
Ümumiyyətlə, xalqlarımıza qarşı törədilən qırğınlar nəticəsində, bu günkü Ermənistan adlanan ərazidə yüzlərlə kəndlər məhv edilmiş, əhalisi didərgin salınmışdır.
Bu gün isə erməni lobbisinin təsiri altında olan beynəlxalq güclərin və Ermənistanın Azərbaycana qarşı sülh münasibətinə inanmaq saflıq olardı. Bu sadəcə vaxt udmaqdır.
İsa İsmayılov, siyasi şərhçi
Newscenter.az üçün
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 28 Aprel 2025 08:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri