Icma.az
close
up
RU
Zəngi çalındı, Avropa bankının manat istiqrazlarının ticarəti başladı

Zəngi çalındı, Avropa bankının manat istiqrazlarının ticarəti başladı

Icma.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

1 oktyabr 2025-ci il tarixində Bakı Fond Birjasında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəyişən faiz dərəcəli manat istiqrazlarının kapital bazarında ticarətə buraxılması münasibətilə Açılış Zəngi tədbiri keçirilib.

Tədbir Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilovun açılış nitqi ilə başlamışdır. Ruslan Xəlilov öz çıxışında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycan manatında dəyişən faizli istiqraz emissiyasını ölkənin maliyyə sistemi üçün innovativ addım kimi qiymətləndirmişdir.

O, həmçinin inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarında yerli valyutada ifadə olunan kapital bazarı alətlərinin inkişaf etdirilməsinin və makroiqtisadi sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulamışdır. Tədbirin digər spikerləri Azərbaycan Respublikasının Mərkəzi Bankının baş direktoru Tərlan Rəsulov, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin İdarə Heyətinin üzvü Ramin Nurəhmədov, Avropa Yenidənqurma və İnkişaf Bankının Mərkəzi Asiya, Qafqaz və Türkiyə üzrə direktor müavini Mixail Qreçixo, Dentons hüquq firmasının Azərbaycan üzrə İdarəedici Partnyoru Ülviyyə Zeynalova-Boçkin, “ABB – İnvest” İnvestisiya Şirkətinin içraçı direktoru Nadir Babazadə və Unicapital İnvestisiya Şirkətinin baş direktoru Vüqar Namazov isə nüfuzlu beynəlxalq maliyyə institutu olan Avropa Yenidənqurma və İnkişaf Bankının dəyişən faizli istiqrazların buraxılması və ilk dəfə olaraq faiz dərəcəsi banklar arası kredit bazarında müəyyən edilən faiz dərəcəsinə (AZIR – Azerbaijan Interbank Rate) əsaslanması və bununla da istiqrazların Bakı Fond Birjasında listinq olunması həm yerli, həm də xarici investorlar üçün müsbət təsirindən danışıblar .

Xatırladaq ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 000 manat, ödəniş dövrü rüblük, tədavül müddəti 1 ildir. Dəyişən faizli, təminatsız, sənədsiz, adlı istiqrazların yerləşdirmə üzrə anderrayteri “ABB – İnvest” və "Unicapital" investisiya şirkətləridir.

Tədbirin sonunda tərəflərin nümayəndələri istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə edən zəngi çalıblar. Beləliklə, istiqrazların Bakı Fond Birjasının ticarət platformasında ticarətinə başlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://marja.az
archiveBu xəbər 01 Oktyabr 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see148

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri