Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

Zəngilan azadlıqdan ağıllı gələcəyə gedən yoldur

Zəngilan azadlıqdan ağıllı gələcəyə gedən yoldur

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın qədim diyarlarından biri olan Zəngilanın tarixi həm qəhrəmanlıq, həm də sarsılmaz iradə tarixidir. Bu diyar əsrlər boyu Azərbaycanın ayrılmaz hissəsi kimi xalqımızın mədəniyyətinə və dövlətçilik ənənələrinə töhfə verib. 
Lakin, XX əsrin əvvəllərində baş verən hərbi-siyasi proseslər bu diyarın taleyinə ağır zərbə vurdu.1920-ci ilin 28 aprelində Azərbaycanın sovetləşdirilməsindən sonra bölgədə bolşeviklərin dəstəyi ilə qədim türk torpaqları hesabına ermənilər öz ilk dövlətlərini yaratdılar. Bu prosesdə bolşevik Rusiyasının təzyiqi ilə Zəngəzur qəzası Azərbaycanın əlindən alınaraq Ermənistana birləşdirildi. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qaldı.
XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı başladığı işğalçı siyasət nəticəsində Zəngilan yenidən hədəfə çevrildi. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün ərzində tam mühasirə şəraitində qəhrəmancasına döyüşdülər. 25–29 oktyabr 1993-cü illərdə rayon əhalisi son nəfəsinə qədər vuruşdu. 235 nəfər şəhid oldu və itkin düşdü. Sakinlər Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşdı.
Erməni işğalı dövründə Zəngilanın tarixi-mədəni irsi məhv edildi. IV–XIX əsrlərə aid tarixi abidələr, məscidlər, ziyarətkahlar yerlə-yeksan edildi, ibadət yerləri təhqir olundu.
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatına cavab olaraq başladığı əks-hücum əməliyyatları nəticəsində Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrildi. Cəbrayıl istiqamətində düşmən qüvvələrinə sarsıdıcı zərbələr endirilməsi ilə Azərbaycan Silahlı Qüvvələri Zəngilan rayonunun inzibati sərhədlərinə çatdı.
2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyatlara start verildi. Cəmi iki gün sonra, 20 oktyabrda Prezident, Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciətində Zəngilan şəhərinin və bir sıra kəndlərin azad olunduğunu qürurla elan etdi. Qısa müddət ərzində Azərbaycan Ordusu Zəngilan şəhəri, 4 qəsəbə və 49 kəndi işğaldan azad etdi. Bu döyüşlər zamanı Azərbaycan Ordusunun qəhrəmanlığı, əsgər və zabitlərimizin fədakarlığı xalqımızın sarsılmaz birliyinin təntənəsinə çevrildi. 
Zəngilan bu gün “Böyük Qayıdış” proqramının icrasına başlanıldığı ilk bölgələrimizdən biridir. Azad edilmiş torpaqlarda bərpa və quruculuq işləri sürətlə həyata keçirilir və bu istiqamətdə ilk pilot layihə məhz Zəngilanda, Ağalı kəndində həyata keçirildi.
Ağalıda 200 evdən ibarət müasir infrastruktur yaradıldı – məktəb, bağça, tibb məntəqəsi, “ASAN” və “DOST” xidmətləri, ictimai obyektlər, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. 2022-ci ilin mayında ilk sakinlər doğma torpaqlarına qayıtdılar. Bu günə qədər 175 ailə, yəni 871 nəfər Ağalıda məskunlaşıb. Onlar müxtəlif sahələrdə – tikinti, xidmət, təhsil, səhiyyə və istehsalat müəssisələrində işlə təmin olunublar.
Ağalı “ağıllı kənd” layihəsi Azərbaycanın innovativ yanaşmasının simvoluna çevrilib. Burada enerji səmərəliliyinə, ekoloji təmizliyə və rəqəmsal texnologiyalara əsaslanan “yaşıl” iqtisadiyyat modeli tətbiq olunur. Dayanıqlı enerji mənbələri, rəqəmsal idarəetmə sistemləri və müasir kommunikasiya infrastrukturu bu kəndi müasir yaşayış məkanlarından birinə çevirib.
Hazırda Zəngilan təkcə azad edilmiş bölgə deyil, həm də regionun əsas nəqliyyat qovşağına çevrilməkdədir. Zəngilan Beynəlxalq Hava Limanı, Horadiz–Zəngilan–Ağbənd dəmir yolu və Zəngilan–Horadiz avtomobil yolu kimi layihələr Azərbaycanın iqtisadi inkişafı və Zəngəzur dəhlizinin reallaşması baxımından mühüm strateji əhəmiyyət daşıyır.
Zəngilan Beynəlxalq Hava Limanı ICAO və IATA standartlarına uyğun şəkildə inşa edilib və bütün növ təyyarələrin, o cümlədən ağır yük təyyarələrinin qəbulunu təmin edir. Sözügedən hava limanı Qarabağın və Şərqi Zəngəzurun logistik imkanlarını artırmaqla yanaşı, Zəngəzur dəhlizinin hava nəqliyyatı ilə inteqrasiyasını da təmin edir.
Horadiz–Zəngilan–Ağbənd dəmir yolu azad edilmiş torpaqların iqtisadi canlanması, əhalinin geri dönüşü və regionlararası əlaqələrin möhkəmlənməsi üçün böyük əhəmiyyətə malikdir. 124 kilometrlik Zəngilan–Horadiz avtomobil yolu gələcəkdə 15 milyon ton illik buraxılış qabiliyyəti ilə Azərbaycanın iqtisadi xəritəsində mühüm yer tutacaq.
Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Zəngilan şəhər məscidi tam bərpa edilərək öz tarixi simasını yenidən qazanıb. Xüsusilə vurğulamaq lazımdır ki, işğal dövründə düşmən tərəfindən təhqir olunan və ilkin memarlıq görkəmini ən azı 70 faiz itirən bu müqəddəs ibadətgah bu gün müasir memarlıq tələblərinə uyğun şəkildə, tarixi üslub qorunmaqla yenidən inşa edilib. İki minarəli, zərif memarlıq detallarına malik yeni məscid Zəngilanın bərpasının, xalqımızın mənəvi dirçəlişinin və dini-mədəni irsə sədaqətinin rəmzinə çevrilib. 
Zəngilan bu gün təkcə işğaldan azad olunmuş bir diyar deyil, həm də yenidən dirçələn, bərpa edilən və gələcəyə inamla addımlayan Azərbaycan torpağıdır. 
Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasi kursunu bu gün qətiyyətlə, ardıcıllıqla və uğurla davam etdirən, qalib xalqın müzəffər Lideri Prezident İlham Əliyev Azərbaycanı iqtisadi, siyasi və hərbi baxımdan regionun ən qüdrətli dövlətinə çevirib. Prezident İlham Əliyevin iradəsi, misilsiz liderliyi, sərkərdəliyi, şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri ilə tarixi Zəfər əldə olunması, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam bərpa və təmin edilməsi Azərbaycanın dövlətçilik gücünü, xalqın birliyini və milli iradəsini bütün dünyaya nümayiş etdirdi.
Bu Zəfəri, ərazi bütövlüyümüzü və suverenliyimizi hər birimiz göz bəbəyimiz kimi qorumalı, bu torpağın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizi daim ehtiramla yad etməliyik.

Zaur Şükürov
Milli Məclisin deputatı

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:291
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Oktyabr 2025 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri