Icma.az
close
up
RU
Zəngilan həsrətli şəhidin döyüş yolu

Zəngilan həsrətli şəhidin döyüş yolu

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. İşğal altında olan torpaqları azadlığa qovuşduranlar isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar və qazilər oldu. Qələbəni bizə qazandıran belə qəhrəmanlardan biri, Azərbaycan Ordusunun əsgəri olan şəhid Emil Abduləzimlinin döyüş yolundan söhbət açmaq istəyirik.

Əslən Zəngilandan olan Abduləzimli Emil Rasif oğlu 1994-cü il dekabrın 6-da Sumqayıtda anadan olub. Masazır qəsəbəsindəki 2 saylı tam orta məktəbdə təhsil alıb. Məktəb illərində çalışqan şagird kimi tanınıb, bütün fənlərdən əla və yaxşı qiymətlər alıb və olimpiadalarda iştirak edərək fərqlənib. Orta məktəbi bitirdikdən sonra təhsilinə Azərbaycan Kooperasiya Universitetində davam edib. Ali təhsil aldıqdan sonra Emil Azərbaycan Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmətə çağırılıb.

Hərbi xidmətdə olarkən əsgərlik yoldaşları ilə erməni işğalı altında olan ərazilərimizin bir gün geri qaytarılacağı barədə tez-tez komandirlərdən söhbətlər eşidib və buna inanıb. Elə həmin vaxtdan nə vaxtsa torpaqların azadlığı uğrunda savaş başlayarsa, mütləq son damla qanına qədər vuruşacağına and içib. Universitet təhsili Vətənə həqiqi xidmət borcunu yerinə yetirdikdən sonra köməyinə çatıb. O, bir müddət ixtisası üzrə mülki işlərlə məşğul olub. Amma qəlbində həmişə işğal altında qalan torpaqlarımızı düşünüb. Köçkünlük həyatına son qoyulacağı günü xəyalında canlandırıb.

Valideynlərinin söylədikləri xatirələr ona ata-baba yurdunu qiyabi tanıtsa da, sevdirib. Arzulayıb ki, kəndlərinə ayaq basa bilməsə də, uzaqdan da olsa, Zəngilanın məşhur çinarlarına baxa bilsin. Təəssüf ki, Emilin bu arzusu illərlə elə arzu olaraq ürəyində qalıb. Və günlərin birində dövlət başçısının Ermənistanın sərhəd boyu törətdiyi ardıcıl təxribatlara cavab olaraq əks-hücum əmri verdiyini eşidir. Sevincdən ürəyi köksünə sığmır.

Görür ki, nəhayət, arzularının çin olduğu an yetişib. Ali Baş Komandanın əmri ilə 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Emil Abduləzimli qismən səfərbərlik çağırışına qatılıb. Bununla da o, arzuladığı döyüşə könüllü qismində başlayıb.

Emil Abduləzimli heç vaxt görmədiyi doğma yurdu Zəngilan rayonunu işğaldan azad etmək üçün könüllülər sırasında döyüşə qatılan ilk gündən düşünüb ki, dogma yurdun erməni tapdağından azad edilməsi xəbərini ailə üzvlərinə o çatdıracaq və valideynlərinə ölçüyəgəlməz sevinc bəxş edəcək. O, ərazi bütövlüyümüzün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərə Füzuli rayonundan başlayıb. Erməninin qurduğu mühəndis istehkam qurğusunun dağıdılmasında iştirak edib. Ağır döyüş əməliyyatlarının iştirakçısı olan Emil verilən tapşırıqları bacarıqla yerinə yetirib. Onların bölüyü növbəti tapşırığa əsasən, Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə də iştirak edib və Emil burada da mənfur düşmənə qarşı qəhrəmancasına vuruşub. Onun döyüş yolu, eyni zamanda, Xocavənddən də keçib.

Zəngilanın azadlığı uğrunda savaşı səbirsizliklə gözləyən Emil Abduləzimli 2020-ci il oktyabrın 19-da gedən ağır döyüşlərdə şəhid olub. Döyüş yoldaşlarının dediklərinə görə, ağır yaralanan Emilin son sözləri bu olub: “Zəngilanı görə bilməyəcəyəm. Qələbəni mənim əvəzimdən siz bizimkilərə çatdırarsınız”. Şəhadətindən cəmi bir gün sonra silahdaşları onun qisasını alaraq, Zəngilan rayonunu işğaldan azad ediblər. Zəngilanın işğaldan azad edilməsi xəbəri Emilin nəşi ilə birlikdə onun valideynlərinə eyni vaxtda çatıb. Emil Abduləzimli oktyabrın 20-də Sumqayıtda Şəhidlər xiyabanında dəfn edilib.

Ataların belə bir sözü var: Sən saydığını say, gör, fələk nə sayır? Taleyin qismətindən Emil könüllü olaraq döyüşə qatılanda arzuladığı Zəngilanın azadlığını görə bilməyib. Amma əminik ki, onun ruhu indi azad, gündən-günə abadlaşan Zəngilanın səmasında dolaşır və sevinir. Sevinir ki, bu qələbənin, azadlığın əldə edilməsində onun da payı var, o da qan töküb, canını qurban verib.

Dövlətimiz hər bir şəhid kimi Emilin qəhrəmanlığını da layiqincə dəyərləndirib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına könüllü qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Emil Abduləzimli ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Emil ailənin tək oğlu idi və subay idi. Onun Zəhra adlı bir bacısı qalıb. Ata-anası – Rasif və Arzu Dünyamalıyevlər yeganə oğullarının bir yadigarının qalmamasından çox sarsılsalar, kədərlənsələr də, qorxmaz, cəsur, mərd, igid və nümunəvi insan olmasının fəxarətini yaşayırlar. El-obanın Emillə qürur duymaları, onun haqqında qəhrəman kimi söhbət açmaları valideynlərə təskinlik verir. Onların ən böyük təsəlliləri isə doğma yurdlarının səmasından qara buludların çəkilməsində və torpaqlarından mənfur düşmənin ayaq izlərinin silinməsində Emilin də rolunun olmasıdır. Ata-ana əmindir ki, torpaqların işğaldan azad edilməsində canlarını qurban verənlərin ruhuna oxunan dualardan Emilə də pay düşür.

Zərifə HÜSEYNOVA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Yanvar 2026 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri