Icma.az
close
up
RU
Zəngilan intibah dövrünü yaşayır ŞƏRH

Zəngilan intibah dövrünü yaşayır ŞƏRH

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını da işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb. Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il oktyabrın 30-da işğal olunmuş Zəngilan rayonu həmin tarixə qədər 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayon əhalisinin sayı 45 min nəfərdən çox olub. İşğaldan sonra bütün bu insanlar məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıblar. Rayon iqtisadiyyatının əsasını təşkil edən 29 kolxoz-sovxoz, 1 arıçılıq təsərrüfatı, 4 kooperativ və 3 kəndli-fermer təsərrüfatının maddi-texniki bazası işğal dövründə tamamilə dağıdılaraq talan edilmişdir. Həmçinin rayon ərazisində olan zəngin təbii resurslar – qiymətli ağac növləri, tikinti daşı, qara mərmər, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı, qızıl və molibden yataqları da işğal dövründə erməni qəsbkarları tərəfindən qeyri-qanuni istismar olunmuş, ölkəmizin sərvətləri xaricə daşınmışdır.
2020-ci ilin 27 sentyabr tarixində Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmrinə əsasən torpaqlarımızın işğaldan azad olunması məqsədilə başlanan Vətən müharibəsinin gedişində Zəngilandan şərqdə yerləşən Cəbrayıl rayonunda ordu hissələrimiz düşmən qüvvələrinə sarsıdıcı zərbələr vurmaqla əlverişli taktiki mövqelərə çıxdılar. Məhz bundan sonra ordumuzun Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yarandı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başladı. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. Artıq oktyabrın 20-də Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Düşmən Azərbaycan Ordusunun hücumları qarşısında iki gün belə duruş gətirə bilmədi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Xüsusilə vacib məqamlardan biri də budur ki, Zəngilanın işğaldan azad olunması ilə işğal altında olmuş 132 kilometr uzunluğunda Azərbaycan-İran sərhədi tam bərpa edildi. 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Bu gün bütün dünya Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə buranın əsil sahiblərinin geri dönüşünü, “Böyük Qayıdış” layihəsinin getdikcə daha böyük vüsətlə reallaşdığını heyranlıqla izləməkdədir. Əlbəttə ki, Ölkə Prezidenti cənab İlham Əliyevin həmin ərazilərə etdiyi müntəzəm səfərlər bu işlərin daha böyük dinamikasını və effektivliyini təmin edir. Artıq “Böyük Qayıdış” layihəsinin birinci pilot layihəsi Zəngilanın Ağalı kəndində icra edilib. Ağalıda 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Artıq keçən ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bir məqamı da qeyd edək ki, Zəngilan mühüm nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor kimi çıxış edir. Bütün bu proseslər Azərbaycan xalqının yaradıcı ruhunu bütüb dünyaya aydın şəkildə nümayiş etdirir.
Emil Tağıyev

YAP Xaçmaz rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Oktyabr 2026 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see339

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see329

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see321

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see312

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see307

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see299

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see293

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see282

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see275

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see271

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see251

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see234

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see231

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see222

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see219

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see214

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see196

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see187

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see181

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri