Icma.az
close
up
RU
Zəngilan şəhəri günü Azərbaycanın iradə, qəhrəmanlıq ruhunun simvoluna çevrilib ŞƏRH

Zəngilan şəhəri günü Azərbaycanın iradə, qəhrəmanlıq ruhunun simvoluna çevrilib ŞƏRH

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Elnarə Akimova: Zəngilan həm də strateji nəqliyyat qovşağı kimi yeni dövrə qədəm qoyur



Bu gün Zəngilanın azad edilməsindən beş il ötür.

2020-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və rayonun daha 6 kəndinin - Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlının işğaldan azad olunduğunu açıqlayıb.

Zəngilan döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu Arazboyu əməliyyatlarından biridir.

Azad olunandan sonra Zəngilanda minatəmizləmə əməliyyatları ilə yanaşı, paralel olaraq yenidənqurma və bərpa işləri də davam etdirilir. Rayon ərazisində infrastrukturun bərpası işləri uğurla həyata keçirilir. Artıq Zəngilana həyat qayıdıb. Məcburi köçkünlərin işğaldan azad olunan ərazilərə qayıdışı məhz bu rayonla başladı. Belə ki, bu il rayonda "ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olundu. Sakinlərin əzəli və əbədi kəndlərinə köçürülməsinə 2022-ci ilin iyulundan başlanılıb və proses hazırda davam etdirilir.


Milli Məclisin deputatı Elnarə Akimova Sherg.az-a deyib ki, Zəngilanın adı təkcə xəritədə bir coğrafi məkan deyil-bu adın arxasında yüzilliklərin yaddaşı, minlərlə insanın taleyi, torpaqla birləşmiş ruh dayanır:


"Bu torpağın hər qarışı tarix danışır, hər daşı bir iz, bir hekayə saxlayır. XIX əsrdən başlayaraq rus işğalı, inzibati bölgülər, bolşeviklərin xəyanət dolu sərhəd xətləri Zəngilanın taleyinə kədərli izlər salmışdı. Amma bu torpağın yaddaşında bir ümid də yaşayırdı-bir gün yenidən dirçəlmək, azad nəfəs almaq ümidi. Sovetlərin qurduğu inzibati bölgülər nəticəsində Zəngilan bir tərəfdən Ermənistana birləşdirilmiş Zəngəzurun, digər tərəfdən isə Azərbaycanın ayrılmaz bir parçası kimi siyasi oyunların ortasında qalmışdı. Bu bölgə hər zaman həm strateji, həm də mədəni baxımdan mühüm məkan olub, Araz, Oxçuçay, Həkəri və Bəsitçay kimi çaylar bu torpağı həyatla bəsləyib, qədim abidələr isə onun mədəni nəfəsini qoruyub. 1993-cü ilin payızında isə Zəngilan tarixinin ən faciəli günlərini yaşadı. Füzuli və Cəbrayıl işğal edildikdən sonra zəngilanlılar 67 gün mühasirədə qalaraq işğalçılara qarşı mərdliklə döyüşdülər. Əli silah tutan hər kəs son nəfəsinə qədər vuruşdu. 25–29 oktyabr günləri Araz çayı boyu köç karvanına çevrilən minlərlə zəngilanlının ağrısı Azərbaycan tarixinin ən acı səhifələrindən biridir. Amma o günlərdə belə xalq bu torpaqdan ümidini üzmədi. 2020-ci ilin 20 oktyabrında isə tarix dəyişdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqına müraciət edərək bu sözləri söylədi:

“Zəngilan şəhəri işğaldan azad edildi!” Bu, təkcə bir rayonun azadlığı deyildi – bu, 27 illik həsrətin sonu, bir xalqın dirənişinin zəfərlə tamamlanması idi. Zəngilan döyüşlərində Azərbaycan Ordusu 4 qəsəbəni və 49 kəndi azad etdi, 132 kilometrlik dövlət sərhədi bərpa olundu. Bu gün 20 oktyabr – Zəngilan şəhəri günü təkcə bir təqvim tarixi deyil, o, Azərbaycanın iradə, qəhrəmanlıq və yenidənqurma ruhunun simvoluna çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə “Böyük Qayıdış” planı çərçivəsində Zəngilan qısa zamanda yenidən doğulmağa başladı.

İlk pilot layihə məhz burada – Ağalı kəndində həyata keçirildi. Bu kənd indi dünyanın ən müasir “ağıllı kənd”lərindən biridir. Günəş enerjisi, Arximed tipli su elektrik stansiyaları, yüksək sürətli internet, “yaşıl texnologiyalar” və tam ekoloji mühit – bütün bunlar azad olunmuş torpaqda yeni həyatın başlanğıcını simvolizə edir. 2022-ci ildən bəri yüzlərlə ailə Ağalıya qayıdıb, orada yeni məktəblər, tibb məntəqələri, “ASAN” və “DOST” mərkəzləri, iş yerləri yaradılıb. Bu, təkcə bərpa deyil – milli dirçəlişdir. Zəngilan həm də strateji nəqliyyat qovşağı kimi yeni dövrə qədəm qoyur. Burada inşa edilən Zəngilan Beynəlxalq Hava Limanı, Horadiz–Zəngilan–Ağbənd dəmir yolu, Zəngəzur dəhlizinin hava və quru infrastrukturunu tamamlayan layihələr ölkənin gələcək iqtisadi xəritəsini dəyişir. Yeni magistrallar, körpülər, tunellər, su elektrik stansiyaları-bütün bunlar Zəngilanı gələcəyin region mərkəzinə çevirir".


Deputat qeyd edib ki, bu torpaq həm də mədəni dirçəlişin ünvanıdır:

"Heydər Əliyev Fondunun təşəbbüsü ilə XIX əsrdə inşa edilmiş, işğal dövründə təhqir edilərək tövləyə çevrilmiş Zəngilan məscidi bərpa olunub. Yeni ibadət zalı, iki minarə və kaşıdan işlənmiş mehrabı ilə bu məscid həm inancın, həm də milli ruhun dirçəliş rəmzidir. Bu gün Zəngilan təkcə şəhər deyil o, bir məktəbdir: vətən sevgisinin, dözümün, yenidən doğuluşun məktəbi. Prezident İlham Əliyevin ardıcıl səfərləri, hər dəfə yeni layihələrin təməlqoyma mərasimləri bu torpağın gələcəyinə dövlətin necə ciddi yanaşdığını göstərir. “Dost Aqropark”, “Ağalı” hotel, yeni yaşayış kompleksləri, bağçalar, su elektrik stansiyaları – bütün unlar bir məqsədə xidmət edir: Zəngilanı gələcəyin yaşıl, ağıllı və güclü şəhərinə çevirmək.

Zəngilanın hər daşı, hər ağacı, hər tikilisi bu gün bir söz deyir:

“Biz qayıtmışıq!"".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Oktyabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri