Icma.az
close
up
RU
Zəngilan şəhəri günü sabahlara böyük inamla qeyd olunur

Zəngilan şəhəri günü sabahlara böyük inamla qeyd olunur

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Ermənistan Azərbaycanın təklif etdiyi sülh danışıqlarından yayınırdı, regionda mövcud status-kvonu saxlamağa çalışırdı. Azərbaycan torpaqlarını azad etmək üçün döyüşlərə hazır idi – güclü ordusu vardı, ordunun güclü təminatı, peşəkar zabitləri vardı. Son vaxtlar keçirilən təlimlər şəxsi heyətin peşəkarlığını daha da artırmışdı...
2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başladı...
Zəngilan 1993-cü il oktyabrın 29-da işğal olunmuşdu, əhali çətinliklərlə Araz çayını keçib İran ərazisinə çıxa bilmişdi, Azərbaycanın 43 rayonunda məskunlaşmışdı. Doğma kəndlərinə qayıdacaqları günü 27 il həsrətlə gözləmişdilər…
İşğal zamanı ermənilər Zəngilanda onlarla tarixi abidəni, ziyarətgahı dağıtmışdı.
İkinci Qarabağ müharibəsində ordumuz döyüşə-döyüşə qələbələr qazanırdı. Oktyabrın 20-də Zəngilanı işğaldan azad etdi. Azərbaycan Ordusu  Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata oktyabrın 18-də başladı, iki gündən sonra qələbə qazandı. Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini bildirdi. Bu döyüşlərdə Azərbaycan Ordusunun Zəngilan şəhərini, rayonun 4 qəsəbəsini və 49 kəndi işğaldan azad edildiyini bildirdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin noyabrın 26-da imzaladığı Sərəncamla “Zəngilanın azad edilməsinə görə” medalı təsis olundu. Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olundu.
Tarixi Zəfərdən sonra işğaldan azad edilmiş ərazilər üzrə mühüm dövlət proqramları həyata keçirilməyə başladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis olundu. 20 oktyabr Zəngilan şəhəri Günü kimi qeyd edilir... Bu Sərəncam İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Zəfərin mahiyyətinin davamıdır.
Birinci pilot layihə Zəngilanda icra edildi, Ağalı kəndində 200 evdən ibarət gözəl və müasir bir kənd salınıb. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarına qayıtmağa başladı. Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 175 ailənin, yəni 871 nəfərin məskunlaşması təmin olunub. Yeni köçürülən ailələr müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin edilirlər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışırlar.
Ərazisindən 4 çay –Araz, Oxçuçay, Həkəri və Bəsitçay keçən Zəngilanda Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilib. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Zəngilana 12 səfəri rayonda quruculuq işlərinin vüsəti deməkdir...
20 oktyabr Zəngilan şəhəri günüdür. Bu gün yaxın vaxtlarda tam bərpa olunmuş Zəngilanda böyük coşqu ilə qeyd olunacaqdır...
Zəngilan şəhəri günü sabahlara böyük inamla qeyd olunur...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 20 Oktyabr 2025 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri