Icma.az
close
up
RU
Zəngilan şəhərində görülən bərpa quruculuq işləri açıqlandı

Zəngilan şəhərində görülən bərpa quruculuq işləri açıqlandı

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Zəngilan şəhərində bərpa-quruculuq işləri tam sürətlə davam etdirilir.

Modern.az xatırladır ki, şəhərdə 6 yaşayış kompleksi və bir inzibati binanın təməli qoyulub.

104 mənzildən ibarət 1-ci yaşayış məhəlləsində tikinti işləri bitmək üzrədir. Yaşayış məhəlləsində 2 və 3 mərtəbəli binalar inşa olunub. Məhəllədə 6 yerüstü dayanacaq, elektromobillər üçün günəş panelli 1 enerji doldurma məntəqəsi nəzərdə tutulub. Yaşayış məhəlləsində uşaq və idman meydançaları da yer alacaq.

Zəngilan şəhərinin təsdiq edilmiş ümumi baş planına uyğun olaraq yaşıllıq zonası ilə əhatə olunacaq ilk yaşayış məhəlləsi şəhərin mərkəzi hissəsində yerləşir, 1.96 hektar ərazini əhatə edir və burada 12 binanın tikintisi aparılır. Binalardan 8-i ikimərtəbəli, 4-ü isə üçmərtəbəlidir. Birinci yaşayış məhəlləsində tikilən binalarda 104 mənzil var və onlar 2, 3, 4 və 5 otaqdan ibarətdir.

Zəngilan şəhər məktəbi, biznes zonası və mərkəzi küçə yaşayış məhəlləsinin yaxınlığındadır. Məhəllədəki binaların inşasında modern və minimalistik memarlıq yanaşmalarından, həmçinin milli naxış elementlərindən də istifadə edilib.

Ümumilikdə birinci yaşayış kompleksində tikilən 12 binanın qaba işləri, daxili mühəndis kommunikasiya işləri və daxili bəzək işləri də yekunlaşıb. Sahədaxili kommunikasiya işləri qismən yerinə yetirilib, yolların asfaltlanması işləri qalıb.

Zəngilan Konqress Mərkəzi, məktəb, bağça və digər infrastruktur binaları, eləcə də konservasiya olunmuş keçmiş Zəngilan məscidi, yaxınlıqda inşa edilmiş Yeni Zəngilan məscidi Yeni Zəngilanın təkrarsız, rahat və ənənələrə sadiq qalan müasir yaşayış məskəni olaraq simasını formalaşdıracaq. İşlər başa çatdıqdan sonra Zəngilan şəhərindəki birinci yaşayış məhəlləsinə sakinlərin köçü nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, indiyədək rayonun Ağalı kəndinə 871 nəfərdən ibarət 175 ailə köçürülüb.

Bundan əlavə, Zəngilan rayonunun ərazisində ümumi gücü 42 meqavat olmaqla hər birinin gücü 10.5 megavat olan “Şayıflı”, “Sarıqışlaq”, “Zəngilan” və “Cahangirbəyli” Su Elektrik stansiyaları fəaliyyət göstərir.

Qeyd edək ki, Zəngilan 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib. 20 oktyabr Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Zəngilan şəhəri günü kimi qeyd edilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:44
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Oktyabr 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri