Zəngilanda köməksiz vəziyyətdə qalan cüyür balası tapıldı VİDEO
Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Zəngilan rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə cüyür balası aşkar edilib.
Dövlət Sərhəd Xidmətindən Lent.az-a bildirilib ki, may ayının 26-da işğaldan azad olunmuş ərazilərdə dövlət sərhədinin etibarlı mühafizəsi və müdafiəsi üzrə xidməti-döyüş fəaliyyətini həyata keçirən Sərhəd Qoşunlarının hərbi qulluqçuları Zəngilan rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə cüyür balası tapıblar.
Hərbi qulluqçularımız nadir fauna nümunəsinə həssaslıq və qayğı ilə yanaşmış, sərhədçi baytar həkimin ilkin tibbi yardımından sonra zəruri tədbirlər görülərək onun təhlükəsiz əraziyə təxliyəsi həyata keçirilib.
Hazırda cüyür balasının aidiyyəti dövlət qurumuna təhvil verilməsi istiqamətində müvafiq tədbirlər görülür.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə dövlət sərhədinin mühafizəsi ilə yanaşı, ətraf mühitin və biomüxtəlifliyin qorunması, nadir və nəsli kəsilməkdə olan fauna növlərinin mühafizəsi Dövlət Sərhəd Xidmətinin daim diqqət mərkəzində saxlanılır.
Xidməti ərazilərdə ekoloji təhlükəsizliyin təmin olunması, təbii sərvətlərin qorunması və ekosistemin mühafizəsi məqsədilə aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq şəraitində ardıcıl tədbirlər həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 26 May 2026 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















