Zəngilanda yeni məntəqənin tikintisi 10 milyona başa gələcək
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Zəngilan rayonunun Ağbənd qəsəbəsi ərazisində dövlət sərhədindən yeni modul tipli buraxılış məntəqəsinin tikintisinə başlanılır.
Ölkə.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən (DGK) məlumat əldə edib.
Məlumata görə, DGK tikinti və quraşdırma, eləcə də ərazidə asfalt-beton örtüyü və abadlıq işlərini həyata keçirəcək şirkəti müəyyənləşdirib.
Belə ki, sözügedən işlərin icrası “Bilgə Qrup” QSC-yə həvalə edilib və onunla nəhəng müqavilə bağlanılıb.
Müqavilənin maliyyə dəyəri 10 milyon 99 min 352 manat müəyyən olunub.
Sözügedən modul tipli buraxılış məntəqəsinin layihələndirilməsi işlərini isə “Reflect Architects” MMC icra edib.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə iki gömrük postu artıq fəaliyyət göstərir. Bunlar "Qazançı" və "Eyvazlı" gömrük postlarıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 09 Yanvar 2026 19:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















