Icma.az
close
up
RU
Zəngindən alıb yoxsula verəcək KONKRET

Zəngindən alıb yoxsula verəcək KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“ABŞ-nin Nyu Yorkdakı mer seçkilərində Uqandada doğulmuş hind əsilli şiə müsəlman, Fələstin aktivisti, 34 yaşlı Zöhran Mamdani qalib gəldi. Suriyalı xanımla evli olan gənc marksist demokrat 112 milyard dollarlıq şəhər büdcəsini idarə edəcək”.

KONKRET.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli bildirib.

O qeyd edib ki, ABŞ-ın ən böyük şəhərində bir sosialistin 50% kimi yüksək rəqəmlə zəfər qazanması cəmiyyətdə sosial dövlətə nə qədər böyük tələbat olduğunu ortaya qoyur: “Mamdani seçki platformasını “zəngindən alıb yoxsula vermək” fəlsəfəsi əsasında quraraq pulsuz şəhərdaxili nəqliyyat, pulsuz məktəbəqədər təhsil, sosial evlərin tikintisi, ev kirayəsi qiymətlərinin artmasına məhdudiyyət qoyulması, yoxsullar üçün ucuz supermarket açılması, polis zorakılığını azaldaraq bəzi hallarda onların müdaxiləsinə ehtiyac qalmadan ictimai asayişi təmin etmək üçün meriya daxilində xüsusi idarənin yaradılması və sair vədlərlə həm əhalinin gündəlik həyatda qarşılaşdığı çətinlikləri, həm də bu problemlərin həlli yollarını yaxşı bildiyini və digər sakinlər kimi sadə bir nyu yorklu olduğunu ortaya qoydu. Bu addımlar şəhər zənginlərinin ödədiyi vergilərin yüksəldilməsi hesabına maliyyələşdirilməlidir. (Bunun üçün ştat rəhbərliyinin də razılığı lazım olacaq).

Əlbəttə ki, vəd vermək asan, onları yerinə yetirmək isə çətin işdir. Bu vədlərin icrasının nə dərəcədə real olduğunu izləyib görmək lazımdır. Mamdani mer vəzifəsində də uğur hekayəsi yarada bilərsə, bunun federal syasətə ciddi təsirləri olacaq. Əslində onun qələbəsini federal əhəmiyyətli hadisə kimi qiymətləndirmək mümkündür. Çünki bu qələbə ABŞ demokratları daxilindəki proqressiv (sol) qanadın nə qədər gücləndiyini göstərir. Bu baxımdan Zöhran Mamdani təkcə respublikaçıları, Trampı, Maskı, milyarderləri, İsrail lobbisini deyil, demokratların isteblişmentini də məğlub etdi. Ənənəvi demokrat elitalar bir tərəfdən sol axının qarşısını alaraq partiya içərisində öz mövqelərini qorumaq istəyirlər. Digər tərəfdən isə onlar respublikaçıların növbəti yerli və federal seçkilərdə öz seçicilərinin maksimum mobilizasiyasına nail olub, mötədil müstəqilləri də qorxutmaq üçün “kommunist islamçı mer” təbliğat tezisi əldə edərək demokratları şeytanlaşdırmasından ehtiyatlanırlar. Bu səbəbdən demokratların başbilənləri Mamdaniyə soyuq yanaşdılar və ona aktiv dəstək vermədilər. Demokratların Konqresdəki liderləri − Nümayəndələr Palatasındakı lider Hakim Ceffris Mamdaniyə yalnız son anda dəstək açıqladığı halda, Senatdakı lider Çak Şumer ümumiyyətlə, susdu”.

Siyasi icmalçı xatırladıb ki, Nyu Yorkda 2 milyona yaxın yəhudi (onların arasında çox zəngin iş adamları var) və 1 milyona yaxın müsəlman yaşayır: “Respublikaçılar kampaniya boyunca Mamdanini cihadçı, HAMAS–çı, antisemit kimi damğalamağa çalışdılar, lakin Mamdani həm solçu yəhudilərdən, həm də qatı dindar, ultraortodoks yəhudi icmasından səs ala bildi. Eyni zamanda o, adətən seçki proseslərinə laqeyd yanaşan müsəlmanları da səfərbər edərək səsverməyə apardı.

Nyu Yorkdakı mer seçkiləri ilə paralel Virciniya və Nyu Cersi ştatlarında qubernator seçkiləri keçirilib. Hər ikisində demokratların qadın namizədləri qalib gəlib. Virciniyada baş prokuror seçkisində də demokrat namizəd qələbə qazanıb. Virciniyada vitse–qubernator vəzifəsinə seçkidə Hindistanın Heydərabad şəhərində doğulmuş Qəzalə Firdövs Haşmi respublikaçı kişi rəqibini məğlub edib. Beləliklə, Q.Haşmi ABŞ-da ştat səviyyəsindəki ali vəzifəyə seçkilərdə qalib gələn ilk müsəlman qadın olub. Mamdani və Haşminin qələbəsi demokratların sıralarında siyasətə qoşulan ABŞ müsəlmanlarının yerli səviyyədə icra və qanunverici hakimiyyət orqanlarında təmsilçiliyinin tədricən artdığını göstərir. Bu tendensiyanın gələcəkdə federal səviyyəyə proyeksiyası qaçılmazdır.

Kaliforniyada keçirilən referendumda isə əhali seçki dairələrinin xəritəsini dəyişdirmək üçün (ABŞ Konqresinə daha çox demokratın seçilməsini təmin etmək məqsədilə) demokrat qubernator Gevin Nyusomun təklifini dəstəkləyib. Bu, Teksasda respublikaçıların anoloji addımına cavabdır. G.Nyusom növbəti prezident seçkilərində namizədliyə iddialıdır.

Tramp demokratların qələbələrini seçki bülletenində Tramp adının olmaması (?) və şatdaun (Konqresin büdcəni razılaşdırmaması ucbatından hökumətin qapanması) ilə əlaqələndirib”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Noyabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri