“Zenit” Azərbaycan millisinin futbolçusuna yeni müqavilə təklif edib
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Rusiyanın “Zenit” klubu Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyevaya yeni müqavilə təklif edib.
İdman.Biz “Report”a istinadən xəbər verir ki, bu barədə 23 yaşlı müdafiəçi məlumat verib.
Yığma üzvü hələlik qərar vermədiyini diqqətə çatdırıb:
“Yanvarda komandamız yeni mövsüm üçün toplanacaq. Klubla daha 1 illik müqaviləm qalıb. “Zenit” mənə yeni sözləşmə də təklif edib. Ancaq bununla bağlı hələlik qərara gəlməmişəm. Fikirləşdikdən sonra düzgün olan addımı atacağam”.
N.Mirzəliyeva başqa təkliflərinin olduğunu da sözlərinə əlavə edib:
“Avropa ölkələrinin birində özümü inkişaf etdirmək istəyirəm. Yaxşı təklif olsa, düşünəcəyəm, dəyərləndirəcəyəm”.
Qeyd edək ki, Nigar Mirzəliyevanın “Zenit”lə müqaviləsinin müddəti 2026-cı ilin sonunadək qüvvədədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 26 Dekabr 2025 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















