Zenit braziliyalı futbolçuya görə 15 milyon avro ödəməyə hazırdır
Icma.az bildirir, sport24.az portalına istinadən.
"Zenit" yarımmüdafiəçi Con Con üçün "Red Bull Bragantino"ya rəsmi təklif göndərib. Sport24.az xəbər verir ki, bu barədə ESPN-in məlumat yayıb.
Mənbənin sözlərinə görə Rusiya klubu 23 yaşlı futbolçu üçün 15 milyon avro və 3 milyon avro bonus ödəməyə hazırdır. Bu, "Zenit"in yarımmüdafiəçini əldə etmək üçün bu il ikinci cəhdidir və Braziliya təmsilçisi Sankt-Peterburq klubunun təklifini qəbul etməyə meyllidir.
Bir müddət əvvəl isə "Globo" nəşri Avstriya şirkətinin sanksiyalar səbəbindən kluba oyunçunu Rusiyaya satmasını qadağan etdiyini bildirmişdi.
Qeyd edək ki. Con bu mövsüm Braziliya çempionatında 34 oyun keçirib, 10 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun "Red Bull Bragantino" ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 08 Dekabr 2025 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















